Dünya 10.01.2020 14:20

Dünya metrosu 157 yaşını qeyd edir

Bu gün dünyada ilk metronun açılışından 157 il ötür. 

Rakus.az xəbər verir ki, ilk metro stansiyası 1863-cü ilin bu günü Londonda açılıb. 1890-cı ildə isə ilk elektrikləşdirilmiş yeraltı xətt açılıb.

Bu gün Bakı şəhəri də daxil olmaqla dünyanın 56 ölkəsinin 178 şəhərində metro fəaliyyət göstərir. Bu ilin əvvəlində açıqlanan məlumatlara görə, ən uzun metro şəbəkəsi Çinin paytaxtı Pekinə məxsusdur. Belə ki, gündəlik ortalama 10,5 mln (rekord 2019-cu ilin iyulun 12-də qeydə alınıb – 13,7538 mln nəfər), illik isə 3,8484 mlrd sərnişinə xidmət göstərən bu metro şəbəkəsi ümumi uzunluğu 699,3 km olan 23 marşrut xətti, 405 stansiyaya malikdir.

Çin həm də şəhərlərində metropolitenlərinin sayına görə də liderdir. Belə ki, hazırda bu ölkənin 40 şəhərində qeyd edilən yeraltı nəqliyyat vasitəsi fəaliyyət göstərir.

Qeyd etdiyimiz kimi dünyada bu unikal nəqliyyat vasitəsinə malik şəhərlər sırasında Bakı da var. Bakıda ilk metro 1967-ci ilin noyabrın 6-da yaradılıb. Ümumilikdə, 25 stansiyadan ibarət olan Bakı Metrosu onların sayını 2030-cu ilə qədər 76-ya, xəttlərin ümumi uzunlıuğunu isə 119,1 km-ə çatdırmağı nəzərdə tutub.

1967-ci il noyabrın 6-da 5 stansiyadan ibarət – “Bakı Soveti” (indiki – “İçərişəhər”), “Sahil”, “28 Aprel” (indiki – “28 May”), “Gənclik” və “Nəriman Nərimanov” 9,2 km-lik yeraltı xətt istifadəyə verilib.

Azərbaycan metropolitençiləri 2006-cı ili Bakı metrosu üçün dönüş ili hesab edir və bu il metronun yeni xətlərinin tikintisində də müsbət dəyişikliklər yaranıb. 2008-ci il oktyabrın 9-da “Nəsimi”, 2009-cu il dekabrın 30-da “Azadlıq prospekti” stansiyası və “28 May” stansiyasının ikinci çıxışı təhvil verilib.

2011-ci il iyunun 29-da Bakının 7-ci mikrorayonunda növbəti, sayca 23-cü olan “Dərnəgül” stansiyası sərnişindaşıma prosesinə qoşuldu. Bununla da şəhərin yeraltı yollarının uzunluğu 34,63 km-ə çatıb.

2015-ci il dekabrın 28-də “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı, 2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları sərnişinlərin istifadəsinə verilib və bununla da metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə çatdırılıb.

Hazırda mövcud olan stansiyaların xəttlərinin ümumi uzunluğu 36,63 km-dir. Gündəlik 590-608,2 min nəfər sərnişindaşıma həyata keçirən “Bakı Metropoliteni” il ərzində 222 mln nəfərə qədər sərnişini mənzil başına çatdırır. (report.az)

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO