Alimlər “NASA”ya aid olan yeni “ICESat-2” adlı lazer peyki vasitəsi ilə qütb buzlaqlarının qalınlığında baş verən dəyişiklikləri araşdırıblar.
Rakus.az xəbər verir ki, bundan sonra əldə edilən məlumat 2003-2016-cı illərdə alınan nəticələrlə müqayisə edilib.
Məlum olub ki, Antarktidada hər il 118 qiqaton, Qrenlandiyada isə – 200 qiqaton buz yox olur.
Qeyd etmək lazımdır ki, bir qiqatonn buz vasitəsi ilə 400 000 böyük hovuzu su ilə doldurmaq olar.
Bundan əlavə, ötən illər ərzində bütün dünyada dəniz səviyyəsi 14 millimetr qalxıb.
“Əgər siz buzlağı bir ay və ya bir il ərzində müşahidə etsəniz iqlimin ona necə təsir etdiyini görməyəcəksiniz. Lakin hal-hazırda bizim əlimizdə 16 ilin müşahidələri var. Bu əsl fəlakətdir. Buzlaqlar dayanmadan əriyir”, – Vaşinqton universitetinin qlyasioloqu Ben Smit bildirib.