Dünyada rusdillilərin sayı azaldı
Dünyada rus dilini öyrənənlər və rusdilli insanların sayı kəskin azalmaqda davam edir.
Rakus.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ölkənin Təhsil Nazirliyinin hesablamalarına görə, 2018-ci ildə dünyada rus dilinin daşıyıcıları Sovet İttifaqının dağıldığı 1991-ci illə müqayisədə 2 dəfə azalıb.
Belə ki, əgər 1990-cı illərin əvvəllərində rus dilini öyrənənlərin sayı 74,6 milyon idisə, 2004-cü ildə bu rəqəm 51,2 milyona, 2018-ci ildə isə 38,2 milyon nəfərə qədər geriləyib.
Dünyada ən geniş yayılmış dil ingilis (1,5 milyard daşıyıcı) hesab olunur. Növbəti pillələrdə Çin dili (1,4 milyard daşıyıcı), hind dili (650 milyon daşıyıcı), ispan dili (521 milyon daşıyıcı), ərəb dili (370 milyon daşıyıcı), İndoneziya dili (292 milyon daşıyıcı), fransız dili (280 milyon daşıyıcı), portuqal dili (265 milyon daşıyıcı), benqal dili (263 milyon daşıyıcı) yer alıb.