“Los Angeles Cosmetic” Cərrahiyyə Klinikasının üç plastik cərrahı “Top Beauty World” adı ilə altı ildir dünyanın ən gözəl 100 qadınını seçirlər.
Rakus.az xəbər verir ki, bu dəfə onların siyahısına türkiyəli aktrisa Hande Erçel də daxil olub.
Türkiyədə böyük pərəstişkar kütləsinə sahib olan Erçel “Top Beauty World 2020”nin 100 ən gözəl qadını sıralamasında birinci seçilib.
Ondan sonrakı yerləri Dipika Padukon, Barbara Palvin, Am Yuna, Lesti Kejora, Aleksandra Daddario, Emilia Klark, Çou Tzuyu, XuJiaq Kiki və Aişvarya Ray Baççan paylaşıb.