Dünyanın ən bahalı brendləri məlum oldu
ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” dünyanın ən bahalı brendlərinin reytinqində lider olub. Bir il ərzində şirkətin dəyəri 50%-dən çox yüksələrək 315,5 milyard dollara yaxınlaşıb. Bu haqda “BrandZ 2019 Top 100 Most Valuable Global Brands” reytinqində məlumat verilib.
Rakus.az xəbər verir ki, dəyəri il ərzində 3% yüksələrək 309,5 milyard dollar təşkil edən “Apple” şirkəti reytinqdə ikinci yeri tutub. Hazırda dəyəri 309 milyard dollar məbləğində qiymətləndirilən “Google” şirkəti üçüncüdür.
“Facebook” şirkəti reytinqdə 6-cı pillənin sahibi olub. “Alibaba” şirkəti isə 7-ci yerə yüksəlib. Bir il ərzində “Alibaba” şirkətinin dəyəri 16% yüksələrək 131,2 milyard dollar olub.
Sosial şəbəkələr kateqoriyasında lider “Instagram” olub: hazırda auditoriyası 1 milyarddan çox istifadəçidən ibarətdir. 28,2 milyard dollar məbləğində qiymətləndirilmiş bu brend reytinqdə 44-cü yeri tutub. (ictnews.az)