Düşmən dövlət qurumlarının binalarını atəşə tutur – RƏSMİ
Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması səbəbindən bu gün, saat 08:00 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində yeddi nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanalara yerləşdirilib, o cümlədən, mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan vurulub.
Rakus.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən, yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də, mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.