Mədəni 29.11.2022 12:53

Duyan üçün teatrın dili yoxdur… – TAMAŞADAN TƏƏSSÜRAT

Məktəb illərindən sonra teatra nə zaman getmişəm, xatırlamıram. Doğrusu, filmə, tamaşalara baxmaq üçün teatra, kinoya getməmişəm, çünki aparan olmayıb. Əslində, bəlkə də bunlar bəhanədir. Hər halda özüm  getməyə cəhd etməmişəm.

Nəhayət, bu “tilsimli bəhanəni” sındırmaq qərarına gəldim və hələ də təsiri altında qaldığım Lev Tolstoyun “Kreyser sonatası” tamaşasına baxmaq üçün Musiqili Dram Teatrına getdim.

Tamaşanın gürcü dilində olması tamamilə ayrı bir mövzu, düşüncə, hissdir. Əvvəlcə fikirləşirdim ki, sadəcə tamaşanı izləyib, başa düşdüyümü duyub, sonra əsəri oxuyaram. Amma aktyorların oyunu, xüsusən də baş rolu ifa edən Nika Kuçava, bir sözlə, tamaşanı “çiyininə alıb aparırdı”. Duyğu dəyişmələri, tamaşaçılara baxıb sanki bizimlə söhbət edirmiş kimi danışması aktyorun məharətini üzə çıxaran amil idi. Bu, həm də bəzən aktyora qarşı qıcıqlıq yaratsa da, onun rolunu necə yaxşı ifa etdiyinin göstəricisi və möhtəşəmliyi idi.

Tamaşada olan ailə problemləri məni qorxutmadı desəm, yalan olar. Normal həyatımızda da bu hadisələr baş verir. Sevgi, xəyanət, qısqanclıq, dəlilik, nə desən var idi. Yəni insanın sevgisindən, ya da özünə güvənsizlikdən dəli olmasına qədər…

Sonda aktyorlarla tanışlıq və xoş münasibət bizdə xoş ovqat yaratdı.
Güman ki, Bakıda reallaşan Qısa Tamaşalar Festivalı olmasaydı, mən də təsadüf nəticəsində Akademik Musiqili Teatrında gürcü aktyorların ifasında bu tamaşanı izləməsəydim, gecəyarı bu yazını yazmaq yerinə başımı yastığa qoyub şirin-şirin yatacaqdım.

Dilini bilmədiyim tamaşanı anlamaq çətin olmadı, çünki səhnədə danışan duyğular oldu.

Bir sözlə, duya bilən üçün teatrın dili yoxdur…

Nəzrin Sailqızı

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO