Hadisə 09.04.2020 17:50

DYP etibarnamələrlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddəti ilə bağlı tədbirlər barədə məlumat yayıb.

Rakus.az xəbər verir ki, məlumatda deyilir:

“Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddətinin bitməsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövrünə təsadüf etdiyi hallarda etibarnamə verilmiş şəxs nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması üçün həmin etibarnamənin müddətinin bitməsinə az vaxt qalarsa, DİN Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytı və ya [email protected] elektron poçtu vasitəsilə müraciət edərək satıcı qismində özü və alıcı qismində digər şəxs haqqında məlumatları (nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi, etibarnamənin nömrəsi, habelə alıcı və satıcının şəxsiyyət vəsiqələrinin seriya və nömrəsi) təqdim etməlidir.

Qəbul edilmiş müraciətlər əsasında müvafiq araşdırma aparıldıqdan sonra həmin şəxslərin (alıcı və satıcı) elektron poçt ünvanlarına qeydiyyat hərəkətlərində iştirak etmələri üçün xüsusi bildirişlər göndəriləcək.

Bildirişdə nəqliyyat vasitəsinin təqdim olunma tarixi və vaxtı, qeydiyyat hərəkətlərinin aparılacağı Baş DYP İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ünvanı bildiriləcək, qeydiyyat proseduru yekunlaşdıqdan sonra isə bildirişlərdə sənədləri qəbul etmiş vəzifəli şəxs tərəfindən müvafiq qeydlər (yeni qeydiyyat şəhadətnaməsinin verildiyi vaxt, şəxslərin gedəcəkləri ünvan) aparılmaqla həmin şəxslərə qaytarılacaq.

Bir daha qeyd olunur ki, göstərilən qaydada nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi yalnız nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddətinin bitməsinə az vaxt qaldığı hallarda mümkün olacaq.

Eyni zamanda, nəqliyyat vasitələrindən istifadə edilməsinə dair etibarnamələrin qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar bildiririk ki, belə etibarnamələr Ədliyyə Nazirliyi tərəfindən yaradılmış “Mobil notariat” tətbiqi vasitəsilə həftənin 7 günü 24 saat ərzində evdən çıxmadan mobil telefon vasitəsilə verilə bilər. Bu barədə ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifələrində (www.facebook.com/mobilnotariat və www.instagram.com/mobil_notariat/) yerləşdirilib”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO