Hadisə 20.06.2020 22:07

“E-Təbib” mobil tətbiqi necə işləyəcək?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) əhali arasında koronavirusa yoluxma hallarının azalması məqsədilə yeni “E-Təbib” mobil tətbiqi hazırlayıb.

Rakus.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində verilən məlumatlar insanlarda müəyyən suallar yaradıb.

Bəziləri bu proqramın COVİD-19-a yoluxan xəstələrin izlənilməsi istiqamətində hazırlandığını düşünüb. Yaranan anlaşılmazlığı aradan qaldırmaq məqsədilə proqram barədə oxucularımıza ətraflı məlumat vermək qərarına gəldik.

Məsələ ilə bağlı TƏBİB-in İT işçi qrupunun əməkdaşı Bulu İsmayılova ilə əlaqə saxladıq. O bildirdi ki, mobil tətbiq heç də koronavirus xəstələrinin izlənilməsi üçün nəzərdə tutulmayıb, əksinə digər insanların koronavirusa yoluxma riskinin azaldılması istiqamətində hazırlanıb:

“İlk olaraq onu deyim ki, “E-Təbib” mobil tətbiqindən istifadə bütün mobil operator istifadəçiləri üçün pulsuz olacaq. Bu proqram “Bluetooth” üzərindən çalışacaq və yalnız iki metrlik məsafədən ətrafdakı insanların potensial virus daşıyıcısı olub-olmamasını müəyyənləşdirəcək.

Proqramın istifadəsi çox sadədir. İstifadə etdiyiniz sistemdən asılı olaraq, tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin. Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin. SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edib qeydiyyat keçin.

Qeydiyyatdan keçdikdən sonra sizə “Bluetooth” sisteminin aktivləşdirilməsi üçün sorğu gələcək. Sistemi aktivləşdirdiyiniz halda (tövsiyə olunur ki aktivləşdirilsin) siz ictimai yerlərdə insanların çoxluq təşkil etdiyi məkanlarda olarkən (məsələn, sırada, dükanda və s.), ətrafınızdakıların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdarlıq mesajı alacaqsınız. Aktivləşdirmədiyiniz halda isə mobil tətbiq sizə bu barədə bildiriş göndərməyəcək və siz tətbiqə yüklənən koronavirusdan düzgün qorunmağın yolları barədə maarifləndirici məlumatlardan istifadə edə biləcəksiniz”.

B.İsmayılovanın sözlərinə görə, proqramın sırf iki metrlik məsafədən potensial virus daşıyıcılarını müyyənləşdirməsinin səbəbi ictimai yerlərdə də iki metrlik sosial məsafənin tətbiq edilməsidir:

“İnsanlar arasında iki metrlik məsafənin olması yoluxma riskinin bir qədər aşağı sala bilir. Məhz bu səbəbdən mobil tətbiq iki metr aralıdan keçən COVİD -19 daşıyıcılarını müəyyənləşdirərək sizə qabaqlayıcı tədbir görməniz, ehtiyatlı olmağınız üçün həyəcan təbili olacaq. “Bluetooth” texnologiyası əsasında təyin edilən məlumatlar TƏBİB-in bazasına inteqrasiya ediləcək. Əgər təsadüfən infeksiya daşıyıcısı olan şəxs sizin yaxınlığınızdan keçibsə, sizə bu barədə bildiriş göndərilir. Qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə sizə laboratoriya testi vermək tövsiyə edilir. “E-təbib” mobil tətbiq əlavəsindən istifadə zamanı isə internet trafiki pulsuz olacaq”.

Bundan başqa gələcəkdə QR kod vasitəsilə də hər hansı ictimai məkanlara daxil olan zaman yoxlamalar aparılacaq. Artıq koronavirus daşıyıcıları barədə məlumatlar proqramın bazasına yükləndiyi üçün vətəndaş virus daşıyıcısıdırsa, sistem bu barədə məlumat verəcək. Həmin şəxsin də ictimai məkana daxil olmasının qarşısı alınacaq.

Qeyd edək ki, proqram yalnız mobil tətbiq proqramını yükləmiş şəxslər arasında çalışacaq. Eyni zamanda qeydiyyat keçən şəxslərin kimlikləri barədə məlumatlar anonim saxlanılır. Yalnız laboratoriya analizi verən zaman TƏBİB tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN kodu götürülür və vətəndaşlara da testin kodu verilir. Həmin kod vasitəsilə şəxs fərdi qaydada mobil tətbiq üzərindən analizlərinin nəticələrinə baxa bilər. Proqram koronavirus daşıyıcısı olan şəxsləri müəyyən etsə də, heç bir şəxsi məlumatları qeyd etmir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO