Mədəni 30.12.2019 12:52

Əbülfəs Qarayev mədəniyyət ictimaiyyətini təbrik etdi

Mədəniyyət naziri Əbülfəs Qarayev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib.

Rakus.az xəbər verir ki, təbrikdə vurğulanır ki, respublikamıza rəhbərliyinin hər iki dövründə mədəniyyətimizin himayədarı olmuş ulu öndər Heydər Əliyevin bu mütərəqqi siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlət başçısının uğurlu siyasəti nəticəsində ölkəmizin əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı da sevindirir. Bu gün mədəniyyətimizin, xüsusilə də musiqimizin sorağı Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda eşidilir, onun zənginliyi, ecazkarlığı insanları heyrətə salır.

Qeyd olunur ki, 2019-cu ildə ölkəmiz bir sıra mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu il eyni zamanda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycan paytaxtında gerçəkləşdi. Sessiya həm də Şəki şəhərinin tarixi mərkəzinin (Xan sarayı ilə birlikdə) Dünya irs siyahısına salınması ilə yadda qaldı. Mədəni irsimizi dünyaya tanıdan bu böyük işlər ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və qayğısı, Mədəniyyət Nazirliyi və digər qurumların birgə əməkdaşlığı sayəsində reallığa çevrildi. Bütün bunlar həm də Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, ölkəmizə göstərilən yüksək etimadın örnəkləridir.

Təbrikdə diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin sərəncamı ilə elan olunan “Nəsimi ili” ölkəmizdə və onun hüdudlarından kənarda, o cümlədən UNESCO-da  silsilə tədbirlərlə qeyd edilərək eyni zamanda bir mədəniyyət, ədəbiyyat, söz və sənət ili kimi tariximizə yazıldı. Dahi söz ustadının anadan olmasının 650-ci ildönümündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ikinci dəfə gerçəkləşən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı şairin zəngin irsinin öyrənilməsində və təbliğində mühüm rol oynadı. İl ərzində həmçinin dövlət başçısının sərəncamları əsasında Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının inkişafında xüsusi rol oynamış şəxsiyyətlərin yubileyləri qeyd olundu.

Təbrikdə daha sonra deyilir:

“Bu il də mədəniyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərən insanların zəhməti möhtərəm Prezidentimiz tərəfindən qiymətləndirildi, onlar dövlət təltiflərinə layiq görüldülər. Mədəniyyətimizin bu səviyyəyə çatmasına mühüm töhfələr vermiş görkəmli sənətkarların xatirələri yubiley mərasimlərində, anım tədbirlərində bir daha yada salındı. Mədəniyyət ənənələrə söykənən davamlı bir prosesdir. Ona görə də ölkəmizdə bu sahənin inkişafı üçün irs və müasirlik vəhdət təşkil edir. Eyni zamanda qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün əsas hədəfimiz müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətləri çağımızın tələbləri səviyyəsinə qaldırmaqdan ibarət olmalıdır”.

Nazir müraciətinin sonunda bir daha respublikamızda mədəniyyət sahəsində çalışan bütün insanları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, hər kəsə cansağlığı, ailə səadəti və yeni uğurlar arzulayıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO