Əbülfəs Qarayev Rusiya nümayəndə heyətini qəbul etdi - FOTO
Rakus.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Ə. Qarayev Azərbaycanın Sverdlovsk vilayəti ilə əlaqələrində mədəniyyət sahəsinin də yer almasından məmnunluğunu bildirib.
Nazir deyib ki, Azərbaycanda mədəni irsin qorunması və təbliği istiqamətində beynəlxalq əlaqələrin qurulmasına xüsusi önəm verilir.
Ə. Qarayev qeyd edib ki, Azərbaycanda musiqinin müxtəlif janrlarını əhatə edən beynəlxalq festivallar keçirilir. Nazir Sverdlovsk vilayətinin incəsənət xadimlərini bu festivallarda iştiraka dəvət edib. O xatırladıb ki, 18 sentyabr – Milli Musiqi Günündə Bakıda XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı işə başlayacaq.
S. Uçaykina Azərbaycanla Rusiyanın ayrı-ayrı vilayətləri, o cümlədən də Sverdlovsk vilayəti ilə əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib: “Bu əlaqələr sırasında mədəniyyət sahəsinin də yer alması bizləri çox sevindirir. İstərdik ki, Azərbaycan xalqı bizi təkcə sənaye mərkəzi kimi deyil, həm də mədəniyyət mərkəzi olaraq tanısın. Bizim Azərbaycanla musiqi əlaqələrimiz həmişə olub və qarşılıqlı şəkildə bu sahədə əməkdaşlıq etmişik. Bu əlaqələri daha da genişləndirmək istəyirik”.
Söhbət zamanı müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, tədris ocaqlarının qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdə keçirilməsi məsələləri müzakirə edilib.