Mədəni 01.05.2019 17:54

Əbülfəs Qarayev sədrlə görüşdü - FOTO

Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rakus.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir Ə.Qarayev Azərbaycanla İran arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini bildirib. Qeyd edib ki, bu gün iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf edir.

A.İ.Türkaman öz növbəsində bu gün dövlətlərimiz və xalqlarımız səviyyəsində, ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yaradılmasından məmnunluğunu ifadə edib. Həmçinin, İranda Azərbaycan Mədəniyyəti Günlərinin ən yüksək səviyyədə keçirilməsi üçün İran tərəfinin bütün səylərini əsirgəmədiyini deyən A.İ.Türkaman Azərbaycan tərəfinin ölkəmizdə İran Kinosu Günləri və İranın Mədəniyyət Günlərinin təşkil olunması üçün hər cür şərait yaratmasını yüksək qiymətləndirib.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə və İranın ölkəmizdəki Mədəniyyət Mərkəzinin direktoru Əsgər Farsinin də iştirak etdiyi görüşdə gələcək illərdə birgə kino həftələri, mədəniyyət günlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ə.Qarayev bu kimi tədbirlərin keçirilməsinin iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət təsir göstərəcəyini, mədəni əlaqələrin daha da sıx inkişafına təkan verəcəyini bildirib. İrandakı tədbirlər çərçivəsində görüşlərini xatırladan nazir bu əməkdaşlığın ikitərəfli əlaqələrin daha da inkişafına vəsilə olacağını qeyd edib. İran kino mütəxəssisləri ilə birgə layihələrdən, İranda təşkil edilən Fəcr festivalında Azərbaycan teatrının uğurlu iştirakından söz açan Ə.Qarayev mədəniyyətin digər sahələrində birgə əməkdaşlığın perspektivlərini də diqqətə çatdırıb.

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında İranın hər zaman yaxından iştirakını vurğulayan nazir nümayəndə heyətini cari ilin 27 sentyabr tarixində Bakıda keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında iştiraka dəvət edib.

İran nümayəndə heyətinin rəhbəri A.İ.Türkaman bu kimi görüşlərin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi işinə töhfə verdiyini vurğulayıb və səmimi qəbula görə nazirə təşəkkürünü ifadə edib.

Xatırladaq ki, A.İ.Türkamanın rəhbərlik etdiyi nümayəndə heyəti V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO