ƏDL Liviya böhranı ilə bağlı fövqəladə iclas keçirdi - FOTO
Ərəb Dövlətləri Liqasının (ƏDL) Daimi Nümayəndələri Liviyadakı böhranı müzakirə etmək üçün ötən il dekabrın 31-də fövqəladə iclas keçirib.
Rakus.az xəbər verir ki, iclasın qərarına görə, Liviya böhranından çıxış üçün yeganə yolun siyasi müzakirələr olduğu ifadə edilir.
ƏDL-nin sözügedən qərarı ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb. Nazirliyin rəsmi saytında yer alan açıqlamada bildirilir ki, Türkiyə tərəfi Liviya Milli Keçid Hökumətini müdafiə edir, ölkədə vəziyyətin siyasi yolla həllini dəstəkləyir və Liviya xalqının sülh və azadlığı naminə zəruri olan bütün köməkliyi göstərəcək.
Bildirilir ki, Liviya Siyasi Anlaşması (Suheyrat Anlaşması) və BMT Təhlükəsizlik Şurasının bu böhranla bağlı məlum qərarı xaricdən dəstək alan silahlı birləşmələr tərəfindən pozulmaqdadır. Təəssüflə vurğulanır ki, Ərəb Dövlətləri Liqası bu vaxtadək Liviyadakı qanunsuz silahlı dəstələrin fəaliyyətinə biganə qalıb.
Açıqlamada ifadə olunur ki, Liviyada liviyalıların iştirakı və sahibliyi ilə əhatəli və uzunmüddətli siyasi həll variantı silahlı birləşmələri cəsarətləndirməklə deyil, onları qanunsuz əməldən yayındırmaqla mümkündür.