İşğal olunmuş ərazilərimizin düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda iştirak edən şəxslərdən daha bir neçəsi ilə bağlı məlumat paylaşılıb.
Rakus.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin tabeliyində Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızı təqdim edirik. Dövlət Sosial Müdafiə Fondunun Kəlbəcər rayon filialının şöbə müdiri Amil Salmanov, filialın direktor müavini Elşən Əlizadə və mütəxəssisi Sahil Məlikov iştirak ediblər.