Dünya 10.12.2019 18:54

Efiopiyanın Baş Naziri Nobel sülh mükafatı aldı

Dekabrın 10-da Norveçin və İsveçin paytaxtlarında Nobel mükafatı laureatlarının təltifetmə mərasimləri keçirilir.

Rakus.az xəbər verir ki, həmişə olduğu kimi, yenə də Oslo və Stokholm şəhərlərində keçirilən mərasimlər Alfred Nobelin anım gününə təsadüf edir. Alfred Nobelin vəsiyyətinə uyğun olaraq Sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim olunur. Nobel Sülh mükafatı isə Norveçin paytaxtı Osloda laureata təqdim edilir.

Oslo Şəhər Ratuşasında Efiopiyanın Baş Naziri Abiy Əhməd Əliyə 2019-cu il üzrə Nobel Sülh mükafatının təqdim olunması ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə Norveç Kralı V Harald, həmçinin Kral ailəsinin üzvləri, ölkənin Baş Naziri, hökumətin və Ali Məhkəmənin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Norveç Nobel Komitəsinin təmsilçisi Berit Reiss-Andersen deyib: “Cənab Baş Nazir, bugünkü mükafat Sizə üç böyük müvəffəqiyyətə – Efiopiya ilə Eritreya arasında sülhün əldə olunmasında həlledici rolunuza, ölkənizdə vətəndaş azadlıqlarını və inkişaf edən institutları gücləndirməklə demokratiya qurmaq istiqamətində səylərinizə, Şərqi və Şimal-Şərqi Afrikada sülh proseslərinə verdiyiniz töhfələrə görə təqdim edilir”.

Efiopiyanın Baş Naziri Abiy Əhməd Əli çıxış edərək bildirib: “Efiopiya ilə Eritreya arasındakı sərhəd mübahisəsinin sülh yolu ilə həllinə töhfəmi yüksək qiymətləndirdiyinə və təşviq etdiyinə görə Norveç Nobel Komitəsinə dərin təşəkkürümü bildirirəm. Bu mükafatı efiopiyalılar və eritreyalılar, xüsusilə də sülh yolunda canını qurban verənlər adından qəbul edirəm. Həmçinin buna görə Eritreya prezidenti, yaxın tərəfdaşım və dostum İsaias Afverki minnətdarlığımı bildirirəm. Onun xoş niyyəti, etimadı və sadiqliyi ölkələrimiz arasında 20 ildən çox davam edən böhranın sona çatmasına mühüm töhfə verdi”.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS