Əfqanıstanda 18 ABŞ generalı öldürüldü – İDDİA
Yanvarın 27-də Əfqanıstanda vurulan təyyarədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının komandiri, İraqda öldürülən general Qasım Süleymaninin qətlinin təşkilatçısı da daxil olmaqla 18 ABŞ generalı olub.
Rakus.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Təyyarəni “Taliban” silahlıları vurub və göyərtədəki bütün şəxslər həlak olublar. Agentlik iddia edir ki, Əfqanıstanda öldürülən ABŞ generalları arasında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) “Əyatulla Mayk” ləqəbli Maykl Dandria adlı nümayəndəsi də olub.
O, Kəşfiyyat İdarəsinin İran üzrə rəhbəri vəzifəsini tutudu. M.Dandria həmçinin general Qasım Süleymaninin qətlinin təşkilatçısı sayılır.
M.Dandrianın ölümü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının komandiri, general Qasım Süleymani bu il yanvarın 3-ü ABŞ-ın raket zərbəsi nəticəsində İraqın paytaxtı Bağdadda öldürülüb. (report.az)