İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) sədri Əkrəm İmamoğlu Ataköy – İkitelli metro xəttinin sınaq sürüşünü həyata keçirib.
Rakus.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran bələdiyyə rəisi maraqlı açıqlamalar verib.
O bildirib ki, hazırda evindəki hər kəs koronavirusa yoluxub. Bələdiyyə sədri hökumətin ölkədə antikovid tədbirlərinin tətbiqində gecikdiyini qeyd edib.