Hadisə 21.10.2019 15:30

Əli Kərimli polis əməkdaşlarına xəsarət yetirib – Baş Prokurorluq

Baş Prokurorluq oktyabrın 19-da Bakıda keçirilən qanunsuz aksiya zamanı polis əməkdaşlarının AXCP sədri Əli Kərimliyə xəsarət yetirməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Rakus.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, eləcə də özünü AXCP-nin sədri kimi təqdim edən Kərimli Əli Əmirhüseyn oğlunun özünə aid “facebook” səhifəsində oktyabrın 19-da keçirdikləri qanunsuz mitinq zamanı polis əməkdaşları tərəfindən ona xəsarət yetirilməsi barədə paylaşılmış məlumatlar və ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərin qarşısı alınarkən hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərilməsinə dair xüsusatlar Bakı şəhər prokurorluğunda araşdırılıb.

Belə ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabrın 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılaraq “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunub.

Oktyabrın 19-da Milli Şura adlandırılan qurumun üzvləri, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər və digər destruktiv qruplar paytaxtın mərkəzi hissəsində razılaşdırılmamış, qanunsuz kütləvi aksiya keçiriləcəyi təqdirdə qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun xəbərdarlığından nəticə çıxarmayaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununun 9-cu maddəsinin tələblərinə zidd olaraq, Bakı Metropoliteninin “28 May” stansiyasının ətrafında razılaşdırılmamış mitinq keçirməyə və ictimai asayişi pozmağa cəhd göstəriblər.

Paytaxtın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həmin qanunazidd hərəkətlərin qarşısı alınmış, toplantıların təşkili və keçirilməsi qaydasının tələblərini pozduqlarına görə 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qanunsuz aksiya zamanı Əli Kərimli yaşadığı evdən çıxaraq razılaşdırılmamış mitinqin keçirildiyi əraziyə doğru irəliləyib açıq çağırışlar etdiyindən onun ictimai qaydanı qəsdən pozmaq cəhdinin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərinin qarşısını almaq və inzibati məsuliyyətə cəlb etmək məqsədi ilə ərazidə xidmət edən polis əməkdaşları onu xidməti avtobusa mindiriblər. Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ifadə olunan hərəkətlərə yol verərək, onların ünvanına nalayiq söyüşlər işlətmiş, iki polis əməkdaşına müqavimət göstərərək onlara xəsarətlər yetirib, müqavimətini davam etdirib polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provakasiyaya cəhd edərək başı nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurub, nəticədə alın nahiyəsindən xəsarət alıb.

 

Bundan sonra barəsində qanunamüvafıq tədbir görülməsi üçün Xətai Rayon Polis İdarəsinə gətirilib Əli Kərimliyə dərhal ilkin tibbi yardım göstərilib, məhkəmə-tibb eksperti tərəfindən müayinə edilmiş və baş nahiyəsində olan xəsarətin xarakterinə və lokalizasiyasına görə polis əməkdaşlarına müqavimət göstərərkən özü tərəfindən avtobusun dəmir barmaqlıqlı qapısına vurması nəticəsində törənməsi ekspertiza rəyində öz əksini tapıb. Daha sonra Əli Kərimli DİN-in hospitalında müayinədən keçirilib və nəticədə heç bir patoloji hal aşkar edilmədiyindən ona xəbərdarlıq elan edilərək evinə buraxılıb.

Həmçinin Əli Kərimlinin müqavimət göstərdiyi polis əməkdaşları məhkəmə-tibb eksperti tərəfindən müayinə edilmiş və onların bədəni üzərində göstərilən şəraitdə yetirilməyə xarakterik xəsarətlər müəyyən edilib.

Bununla yanaşı qeyd olunmalıdır ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın mərkəzi hissəsində razılaşdırılmamış və qanunsuz təşkil edilmiş kütləvi aksiyanın qarşısı alınarkən polis əməkdaşları tərəfindən güc tətbiq edilməsi barədə paylaşılmış məlumatlar tamamilə əsassız olmaqla Baş Prokurorluq tərəfindən təkzib olunur.

Belə ki, qanunverciliyin müəyyən etdiyi hədlərdə və vasitələrlə fiziki qüvvə tətbiqi polis əməkdaşlarının qanuni tələblərini icra etməyən inzibati xəta və ya cinayət törətmiş şəxslərin tutulması, eləcə də hüquqpozmaların törədilməsi zamanı onlara qarşı güc işlədilməsi hallarında nəzərdə tutulub. Məlum qanunsuz təşkil edilmiş aksiyanın qarşısının alınması zamanı polis əməkdaşları tərəfindən həmin qanunvericiliyin pozulması hallarına yol verilmədiyi və ümumiyyətlə hər hansı xüsusi vasitələrdən istifadə edilmədiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən hər hansı güc tətbiqinə və zorakı hərəkətlərə yol verilməyib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO