Qum fırtınası ilə əlaqədar İordaniyanın paytaxtı Əmman şəhərindəki Beynəlxalq Hava Limanında bütün uçuşlar ləğv edilib. Bu barədə “HaberGlobal” məlumat yayıb.
Rakus.az xəbər verir ki, rəsmilər vətəndaşların təhlükəsizliyi üçün zərurət yaranmayana qədər evdən çıxmamaları barədə xəbərdarlıq edib.
Xatırladaq ki, sosial şəbəkələrdə təbii fəlakətin aeroportu vurması ilə əlaqədar videolar paylaşılıb. Həmin kadrları təqdim edirik.