Ən bahalı sikkə hərraca çıxarıldı
Oktyabrın 8-də dünyanın ən bahalı sikkəsi yeni sahibini tapacaq.
Rakus.az xəbər verir ki, 1794-cü ildə kəsilmiş gümüş dollar numizmatlar arasında böyük dəyərə sahibdir. 2013-cü ildə 10 milyon dollara satılan gümüş pul bu il yeni rekorda imza ata bilər.
Üzərində dağılmış saçlı Azadlığın Qədim Yunan ilahələri üslubuna salınmış şəklinin həkk olunduğu sikkə kəsilmiş ilk metal dollar kimi tarixə düşüb.
Ümumilikdə, 1758 belə sikkə kəsilib və onlardan yalnız 130 ədədi dövrümüzə qədər gəlib çatıb.
Bu dollarlar geniş kütlə üçün nəzərdə tutulmayıb və yalnız konqresmenlərə və ABŞ-ın fəxri vətəndaşlarına paylanıb. İngiltərə ilə uzun sürən müharibədən sonra Amerikanın qiymətli metal ehtiyatı azaldığından bu pulların istehsalı əsasən, gənc və müstəqil ölkənin nüfuzunun artırılmasına yönəlmişdi.