Ərdoğan Merkelə hədiyyə verdi, dünya heyrətləndi
Almaniya kansleri Angela Merkelə Türkiyəyə səfəri zamanı ona bağışlanan hədiyyə dünyanın bir çox ölkələrində sosial mediada müzakirə edilib.
Rakus.az xəbər verir ki, A.Merkel bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türk-Alman Universitetinin yeni binasının açılış mərasimində iştirak edib.
Türkiyə prezidenti mərasimdən öncə Almaniya kanslerinə “Paşabahçe” şirkətinin özəl olaraq hazırladığı saray güzgüsü və dəbilqə hədiyyə edib. Hər iki hədiyyə 24 əyar qızıl, qızıl suyu və digər maddələrdən hazırlanıb. “Paşabahçe”nin məhdud sayda hazırladığı saray güzgüsünün qiyməti 2395 lirə (686 manat), dəbilqəsinin qiyməti isə 1950 lirədir (558 manat).
Hədiyyəni alarkən Merkelin etdiyi zarafatlar sosial mediada müxtəlif cür şərh edilib. Dünyanın bəzi tanınmış KİV-ləri bunu öz sosial şəbəkə səhifələrində də dərc ediblər.