Dünya 01.05.2020 10:47

Ərdoğan TANAP-ı regional sülh layihəsi adlandırdı

“TANAP regional sülh layihəsidir”.

Rakus.az xəbər verir ki, bu fikirlər Gürcüstanda fəaliyyət göstərən “Diplomat” jurnalının “The New York Times”la birgə əməkdaşlığı ilə çapdan çıxan yeni sayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qələmə aldığı “TANAP: Regional inkişaf və sülh layihəsi” adlı məqaləsində yer alıb.

Türkiyə Prezidenti enerjinin birləşdirici rolunun ən gözəl nümunələrindən biri olan TANAP-ın regional sülh layihəsi olduğunu vurğulayıb: “TANAP Türkiyə, Azərbaycan və Gürcüstanın birgə güvənə söykənən əlaqələrinin bariz bir nümunəsi, ölkələrimiz arasındakı köklü dostluğun simvoludur. Xəzər bölgəsinin təbii qazını Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin onurğasını məhz TANAP formalaşdırır. Beləliklə də TANAP təxminən 3500 kilometr uzunluğundakı bu dəhlizin ən əhəmiyyətli hissəsini təşkil edir”.

O, ölkəsinin bölgədəki enerji mənbələrinin Türkiyəyə və Avropaya nəqlinin şərait yaratdığını deyib: “Azərbaycan və Gürcüstan əməkdaşlığı sayəsində daha əvvəl Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi həyata keçirilib və boru kəməri 2006-cı ildə istismara verilib. Sonra Azərbaycanın “Şahdəniz” çıxarılan təbii qazın Gürcüstana və Türkiyəyə nəqli üçün Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihəsi reallaşdırılıb və xətt 2007-ci ildə istismara verilib. Bu üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətindəki iradə TANAP-ın həyata keçirilməsinə səbəb olub. TANAP-la bağlı ilk addımlar 2011-ci il oktyabrın 25-də Türkiyə və Azərbaycan arasında imzalanmış anlaşma memorandumu ilə atılıb. Daha sonrakı müzakirələr nəticəsində həm Gürcüstanın, həm də Azərbaycanın “Şahdəniz” yatağı üzrə tərəfdaşların dəstəyi sayəsində 2012-ci il iyunun 26-da TANAP üzrə saziş imzalanıb. Layihə üzrə yekun investisiya qərarı isə 2013-cü il dekabrın 17-də qəbul edilib. Sonra Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə uzanan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsinə, eləcə də TANAP-ın inşasına dair işlərə başlanılıb. 2015-ci il martin 17-də təməli qoyulan TANAP kəməri 3 il kimi qısa bir müddətdə inşa edilərək 2018-ci il iyunun 12-də Türkiyəyə qaz nəqlinə başlayıb. Bundan əlavə, TANAP-ın Avropa hissəsi 2019-cu il noyabrın 30-da açılıb”.

Türkiyə Prezidenti ölkəsinin Azərbaycandan başlayaraq Gürcüstan, Türkiyə və Avropaya uzanan təbii qaz tədarükü zəncirinin hər mərhələsində siyasi və ticari dəstək nümayiş etdirdiyini vurğulayıb: “Türkiye Petrolleri” (TPAO) şirkətinin 19 faizlik səhmlə “Şahdəniz” layihəsinin və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin ən böyük ikinci investordur. “Botaş” şirkəti isə 30 faizlik səhmlə TANAP-ın ən böyük ikinci investorudur. Türkiyə “Şahdəniz-2”, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələrindən ibarət olan təxminən 45 milyard dollarlıq dəyər zəncirində açar roluna malikdir. Təxminən 6,5 milyard dollar sərmayə qoyulan TANAP-da türk boru istehsalçıları və inşaat podratçılar əhəmiyyətli rol oynayıb. Gürcüstan-Türkiyə sərhədindən başlayaraq 20 şəhər, 67 vilayət və 600 kənddən keçən TANAP illik 16 milyard kubmetr təbii qaz nəqletmə tutumu ilə Türkiyə və Avropanın enerji ərz təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq. 2019-cu ilin sonuna Türkiyə 3,7 milyard kubmetr təbii qazı məhz TANAP vasitəsilə alıb. Bu həcm tədricən artaraq ildə 6 milyard kubmetrə çatacaq və TAP kəmərinin cari ildə tamamlanması ilə Avropaya 10 milyard kubmetr qaz nəql ediləcək. Yaxın illərdə TANAP-ın ötürücülük qabiliyyətinin ildə 24 milyard kubmetrə, daha sonra isə maksimum texniki güclə 32 milyard kubmetrə çatdırılması planlaşdırılır”.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb: “TANAP Azərbaycandakı digər təbii qaz yataqları ilə Xəzərdəki digər mənbələrin resurslarının və bölgə ölkələrində çıxarılacaq qazın Türkiyəyə və Avropaya çatdırılması üçün əhəmiyyətli bir potensiala malikdir. TANAP-ın enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfədən başqa, artan əhali və böyüyən iqtisadiyyatlar səbəbindən bu gün ciddi qlobal bir müzakirə mövzusuna çevrilən enerjinin regional sülhə verdiyi töhfəni də özündə büruzə verir. TANAP bəzi aktorların enerji mənbələrindən istifadə edərək yaratdığı münaqişə mühitinə sülh və əməkdaşlıq yolu ilə verilən ən yaxşı cavabdır. TANAP “Enerjinin İpək Yolu”dur”.

Qeyd edək ki, 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib.

Bu ilin birinci rübündə TANAP ilə Türkiyəyə 941 milyon kubmetr təbii qaz göndərilib. İstismara veriləndən indiyə kimi isə TANAP-la Türkiyəyə 5 milyard kubmetrədək qaz nəql edilib.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO