Ərdoğan və Merkel videogörüş keçirdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videogörüş keçirilib.
Rakus.az xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi yayıb. Bildirilir ki, ikitərəfli münasibətlər, regional proseslər, eləcə də Şərqi Aralıq dənizindəki vəziyyət müzakirə olunub.
Türkiyə dövlət başçısı vurğulayıb ki, Şərqi Aralıq dənizində konstruktiv və bərabər yanaşma olduğu müddətdə mübahisələrin danışıqlar və uzlaşma yolu ilə həll edilə bilər.
Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı Avropa ölkələrinin ədalətli mövqe sərgiləməsinin vacibliyini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə haqq və mənafeləri uğrunda axıra qədər qərarlı şəkildə fəal siyasət yürüdəcək.