Erməni həyasızlığı, yaxud, biz hara gedirik
Torpağımıza qonaq gələn erməni yurdumuzu , mülkümüzü məngirləyir, utanmadan özünün tarixi vətəni elan edir, musiqimizi, mədəniyyət nümunələrimizi öz adına çıxır, xörəyimizi , çörəyimizi oğurlayır. Atamızı, qardaşımızı, oğlumuzu, anamızı, bacımızı, qızımızı vəhşicəsinə əzablarla öldürür, namusumuzu tapdalayır. Biz isə bu erməni həyasızlığı qaşısında Allahdan səbr diləyirik. Dünya bilir ki, haqq bizim tərəfimizdədir, amma bizi düşmənlə sülhə gəlməyə məcbur edirlər. DÜNYA erməni həyasızlığını qəbul edir.
Canavar da qoyun sürüsünə cumur, yüzlərlə qoyunu parçalayır, qoyun sahibini bir gecədə müflis edir.Canavar qorunur. Canavarın da xislətində utanmaq yoxdur. Erməni həyasızlığı təbiətimizə də təsir edib. MAL-QARA SAHİBLƏRİ də bu həyasızlığı qəbul edir.
Hər bir millətin həyasızı da olur, amma bu kütləvilik halı alanda bir bəlaya çevrilir. Ermənilərdə bu tarixən mövcuddur. Deyəsən, biz də yavaş-yavaş yoluxuruq. Artıq cəmiyyətin bütün təbəqələrində utanmaq hissiyyatının itirilməsi vardır. Bu qorxulu hal hər yerdə özünü göstərir. Bəzi dövlət məmurları rüşvət və korrupsiya yolu ilə milyonlara sahib olur. Fakt aşkarlanır, məmur cəzasız qalır. Quldurluq, soyğunçuluq edənlər lovğa-lovğa danışır, özünü haqlı sayır, aıləsi, uşağı da valideyninin hərəkəti ilə fəxr edir. Artıq heç kəs utanmır. Məgər bu erməni həyasızlığının cəmiyyətimizə sirayəti deyilmi? CƏMİYYƏTİMİZ də bu həyasızlığı qəbul edir.
Ölkəmizdə turizmin inkişafı ilə mütənasib şəkildə inkişaf edən əxlaqsızlığı bəzi qadınlar şəxsi azadlıqları kimi qəbul edirlər. Əxlaqi dəyərlər elə gözdən salınmışdır ki, bir neçə dəfə boşanıb evlənənlər televiziyadan bunu normal hal kimi təqdim edir, “səviyyəli” aparıcılar da onu təqdir edirlər. Yadıma düşür ki, tibb universitetinin dosenti Rəşid müəllim televiziyadakı çıxışlarının birində deyirdi, bizim universitetdə məşhur bir professor var. Bir dəfə mən ona dedim ki, siz niyə bu verilişlərdə görünmürsünüz? O dedi ki, mənim bir qızım boşanıb, mən camaata tərbiyədən danışanda məni tanıyanlar haqqımda nə deyərlər? Müqayisə edərək düşünəndə 2-3 dəfə ərini boşamış qadınların fəxrlə ədəbdən danışmasının erməni həyasızlığına bənzədiyini demək olar. KİŞİLƏRİMİZ də bu həyasızlığı qəbul edir.
Qeyri-qanuni övlad dünyaya gətirmək, yəni bic doğmaq cəmiyyətimizdə tarixən el qınağı ilə qarşılanmışdır. Buna görə də analıq hissi ilə deyil, öz ehtiraslarının qurbanına çevrilib dünyaya övlad gətirən qadınlar adlarının ləkələnməməsi üçün körpələrini atır, bu arzuolunmayan övladdan könüllü şəkildə imtina edirlər. Halallıqla deyil, haram yolla əmələ gələn belə uşaqlar çox zaman haramzadə, vələdüzina da adlandırılmışlar. Belə uşaqları övladsız, təmiz adı olan ailələr övladlığa götürməklə çirkin addan xilas etmiş olur. Ona məhəbbətlə qulluq edir, tərbiyə verir, oxudur, evləndirir, öz mülkünü də verib həyatdan köçür. Bununla o da sonsuz olmadığını unutmağa çalışır. Amma son illərdə nə görürük? Cəmiyyətin qəbul etmədiyi yolla övlad dünyaya gətirmiş və bunu gizlətmiş qadın televiziya ekranlarına çixır, özünü fədakar ana kimi təqdim edərək övladını tələb edir. Yaxud zibil yeşiyindən tapıldığını öyrənən övlad onu dünyaya gətirən qadını axtarır. Bu, artıq utanmaq hissinin itirilməsi, həyasızlığın haqlılıq kimi qəbul edilməsi, erməni həyasızlığının bənzəridir. Televiziya qarşısında oturan milyonlarla insan “səriştəli” aparıcının yaratdığı “müsbət ana” obrazını, “sədaqətli övlad” nümunəsini qəbul etməli olur. Bu hal təkrar olunduqca kütlə üçün adi hala çevrilir. Qəribə də olsa, NAMUSLULAR da bu həyasızlığı qəbul edir.
Televiziyalarımızda itkinlərin axtarilması təqdirəlayiqdir. Amma övladlığa veriımış uşaqlar itkin deyillər və bu sirr olaraq qorunmalıdır. Qanunazidd getmək, yarası qaysaq bağlamış bir ailəyə müdaxilə etmək, illərlə yaradılmış bağlılığı bir anda qırıb dağıtmaq nə vaxtdan xeyirxahlıq sayılıb? Maraqlıdır, kim zəmanət verə bilər ki, atılmış olduğunu biləndən sonra o övlad ailəyə əvvəlkitək necə yovuşacaq, yaxud 25 ildən sonra peyda olmuş qadını necə qəbul edəcək? Digər cəhətdən, 25 illik xidmətdən sonra uşağın sahibi peyda olacaqsa, kim belə övladlığa götürmə ilə razılaşar. Axı bu necə məntiqdir ki, doğ at, 25 ildən sonra gəl ki,ver uşağımı. Belə bir vəziyyəti yaratmaqla reytinq qazanmaq kimə lazımdır?
Erməni heç vaxt öz əməlindən utanmır. Bu hal bizdə də sürətlə yayılıb inkişaf etməkdədir. Haqsızların haqlıları susdura bilməsi insanların biganəliyinə səbəb olmuşdur. Əfsus ki, haqsızlıq edənlər adını “ziyalı” qoyan şəxslərdir. Dünya malına hərislik maddiyyatın mənəviyyatı sıxışdırmasına səbəb olmuşdur. Mənəviyyat imkansızların, maddiyyat isə səlahiyyətli şəxslərin sərvətinə çevrilmişdir. Belə münbit şəraitdə erməni həyasızlığı yoluxucu xəstəlik kimi sürətlə yayılmaqdadır. Əksər ZİYALILAR da bu həyasızlığı qəbul edir.
Bizdə utanmaq, qayda-qanuna əməl etmək fərasətsizlik kimi qiymətləndirilir. Hətta adicə yol hərəkətini pozan bəzi piyada və ya sürücü bunu özü üçün fəxr sayır. Həyasızlıq diribaşlıq, qoçaqlıq kimi qəbul edilir, intizamı pozanlar haqlı adam kimi danışırlar. Cəmiyyətdə olan bu kimi hallar bizdə imansızlığın göstəricisidir. İman insanın təmizliyinin, düzlüyünün, saflığının, sadəliyinin göstəricisidir. Azğınlıq, rüşvətxorluq, simasızlıq, lovğalıq, acgözlük, yaltaqliq imanla bir araya sığmır. Biz imansız olmaqla Allaha deyil, şər qüvvəyə, şeytana xidmət etmirikmi? Bu vəziyyətlə, erməni həyasızlığını qəbuı etməklə biz hara gedirik? Bilirsinizmi?
Rəşid müəllim demişkən, günahkar biz ziyalılarıq, birinci məni güllələmək lazımdır. Ünvanımı deyirəm:
Tahir HƏSƏNLİ,
Quba rayonu, Yerfi kəndi