Hadisə 14.11.2023 20:04

Erməni tarixçi İrəvanın Azərbaycan şəhəri olduğunu etiraf etdi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilər Qafqazda türk islam tarixini ərəbləşdirməyə, farslaşdırmağa çalışır” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə şər və böhtan mərkəzləri sayılan Ermənistan mənbələrində gizlədilən Azərbaycan türklərinin Qərbi Azərbaycan ərazisində yaratdıqları çoxəsrlik sivilizasiyasından, ermənilərin İrəvan şəhərindəki tarixi yerlərin, abidələrin izini itirməsindən bəhs olunur.

Bildirilir ki, İrəvan Dövlət Universitetinin Şərqşünaslıq bölməsinin Ərəbşünaslıq şöbəsinin İrəvanda islam mədəniyyəti ilə bağlı hazırladığı audiovizual multimedia layihələrində əsl gerçək – İrəvanda Azərbaycan xalqının silinməz izləri, adlar, saxtalaşdırmalar üzə çıxır: “1992-ci ildən başlayaraq bəzi ərəb ölkələrinin vəsaiti ilə 1600 erməni yerlərdə təcrübə keçib.  Məhz onların vəsaiti hesabına şöbə Suriya, Livanda yaşayan ermənilər ilə əlaqələrin qurulması, eyni zamanda Qafqazda türk islam tarixini ərəbləşdirmək, farslaşdırmaq işi ilə məşğul olur”.

Diqqətə çatdırılır ki, İrəvan şəhərinin 500 il bundan əvvəl Rəvanqulu xan tərəfindən salınıb və xanın şərəfinə Rəvan, sonra isə İrəvan adlandırılıb: “Ən görkəmli tikililər arasında Sərdar sarayı və Abbas Mirzə məscidi var idi. Məscid silah anbarına çevrildi. Qala  ərazisində “Glendale hills” yaşayış massivi və şərab zavodu yerləşir. Qantar bazarının yerində Kirov parkı salınıb. Yerevan hotelinin yerində isə Zal xan məscidi yerləşirdi. Zal xan məscidi kluba, sonralar Rəssamlar İttifaqının binasının bir hissəsinə çevrildi”.

Qeyd olunur ki, İrəvan şəhərinin Azərbaycan türklərinə məxsus olmasını tarixi qaynaqları təsdiq edir. Bayır şəhər əsasən üç böyük məhəllədən – Şəhri (Əski şəhər), Təpəbaşı və Dəmirbulaq məhəlləsindən ibarət idi. Burada bir çox tikililər yerləşirdi. İrəvan şəhərində daimi yaşayan əhalinin tamamilə azərbaycanlılardan ibarət olmasını ilk mənbələr də təsdiq edir.

Sonda vurğulanır ki, İrəvan tarixinin 1918-ci ilə qədər hər ili Azərbaycan türkləri ilə bağlıdır: “1918-ci ildə qondarma erməni dövlətinin paytaxtı olandan sonra erməni siması alan qədim şəhərin məhəllələri, teatrı, məktəb, gimnaziyaları, ədəbi-mədəni mühiti  oğuz türkləri ilə bağlıdır. Onlar “Böyük qayıdış” ilə öz tarixi-mədəni gerçəkləri bərpa edəcəklər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabr 14-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

 

 

XƏBƏR LENTİ
Hadisə, Siyasi / 14.11.2023 20:04
Erməni tarixçi İrəvanın Azərbaycan şəhəri olduğunu etiraf etdi - FOTO - VİDEO
Gündəm, Müsahibə, Video müsahibə / 14.11.2023 18:50
“Ermənilər bu əraziyə “Əraməni” demək üçün Abbasilərə rüşvət təklif ediblər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Mədəni, Siyasi / 14.11.2023 13:22
İrəvanın gerçək tarixi – azərbaycanlıların silinməz izi – ANONS - VİDEO
Müsahibə / 13.11.2023 20:36
“Aşağı Şorca tarixən Azərbaycan türklərinin qədim yurd yeri olub” – MÜSAHİBƏ - VİDEO
Dünya, Təhlil / 13.11.2023 16:22
İranın sınaqdan çıxmayan vasitəçiliyi – yeni anti-Azərbaycan kampaniyası – TƏHLİL - FOTO
Gündəm / 12.11.2023 00:03
Bu gün Konstitusiya Günüdür
Siyasi, Təhlil / 09.11.2023 20:05
Ermənistanda türklərə qarşı vuruşanların abidələri uçurdulur - FOTO
Mətbuat / 09.11.2023 12:24
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Futbol Turniri MƏTBUATDA
Gündəm / 09.11.2023 00:41
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür - FOTO - VİDEO
Gündəm, Hərbi / 08.11.2023 20:15
“Bu Zəfər Qərbi azərbaycanlıların doğma Vətənə qayıdışına yol açır” - FOTO - VİDEO
Gündəm / 08.11.2023 00:02
Bu gün Şuşa Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür
Gündəm / 08.11.2023 00:01
Azərbaycanda Zəfər Günü qeyd olunur - FOTO
Gündəm, Təhlil / 07.11.2023 20:38
Ermənilər təşvişdə – Armeniya Ermənistan olacaq - FOTO
Siyasi / 07.11.2023 19:24
“Ermənilərin azərbaycanlılara nifrəti ana südü ilə keçir” - VİDEO
Dünya, Təhlil / 07.11.2023 14:21
Azərbaycan ən etibarlı tərəfdaş – Avropa İttifaqının hədəfi – TƏHLİL - FOTO
İdman, Maraqlı / 07.11.2023 10:57
Jurnalistlərin Xatirə Turnirində final günü – FOTO və TELEŞƏRH - VİDEO
Müsahibə / 06.11.2023 22:46
“Ermənilər Ələyəz sakinlərini diri-diri yandırıblar” – MÜSAHİBƏ - FOTO
İdman / 06.11.2023 09:00
Çempion bəlli olub – 2023-cü ilin kubokunu “Çəmbərək” qazanıb - FOTO - VİDEO
İdman / 05.11.2023 23:56
Şəhid jurnalistlərin xatirəsinə 2-ci Ənənəvi Futbol Turniri başa çatdı - FOTO - VİDEO
Gündəm, İdman / 04.11.2023 11:02
Şəhid jurnalistlərin Xatirə Turniri başa çatır – Qalib kim olacaq?
Maraqlı, Sosial / 03.11.2023 20:00
“Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar” - FOTO - VİDEO
Maraqlı / 03.11.2023 13:38
“Qafanda yaşamaq istəyirəm”- Rəşad Həsənovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
İdman / 03.11.2023 09:03
Yaddaqalan məqamlar – Diqqətçəkən mənzərə - FOTO
Dünya, Siyasi, Təhlil / 02.11.2023 19:57
Beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların qayıdışı prosesinə başlayır?!
İdman / 02.11.2023 11:40
Yarımfinal – epizodlar, qollar, bombardirlər, FİNALIN ANONSU - VİDEO
Siyasi / 02.11.2023 10:00
Qərbi Azərbaycan İcmasının məktubu BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılıb