Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz “Twitter” səhifəsindən Ermənistanın Azərbaycanın müxtəlif ərazilərinə raket hücumlarını göstərən xəritə paylaşıb.
Rakus.az xəbər verir ki, Fərid Şəfiyev deyib:
“Ermənistan ərazisindən mülki infrastrukturu, o cümlədən su rezervlərini hədəfə almaq insan fəlakətinə səbəb ola biləcək haldır və Cenevrə Konvensiyasına ziddir. Bu, təxribat yaratmaq və sonra üçüncü tərəfləri münaqişəyə cəlb etmək üçün edilir”.