Dünya 04.09.2020 10:13

Erməni təxribatları ABŞ-da müzakirə olundu

Sentyabrın 2-də ABŞ-da geniş nüfuza malik və Nyu-Yorkdan bütün ölkə ərazisinə yayımlanan “Con Batçelor” şou-radio proqramında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibə yayımlanıb.

Rakus.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, müsahibədə əvvəlcə son zamanlar Yaxın Şərqdə normallaşma proseslərinin məhz Azərbaycanın nümunəsinə əsaslanması qeyd olunub.

Con Batçelor Azərbaycana etdiyi səfərləri çərçivəsində ölkəmizdə bütün xalqlar, o cümlədən yəhudilərin sülh və dostluq şəraitində yaşamasının, antisemitizmin müşahidə olunmamasının, burada yəhudi icmalarına göstərilən diqqət və qayğının, onların öz dini etiqadlarını sərbəst şəkildə yerinə yetirmək azadlıqlarının canlı şahidi olduğunu bildirib və bunu digər ölkələrə örnək kimi təqdim edib.

Səfir Süleymanov yəhudilərin ölkəmizdə yüzilliklər boyu yaşamasını xatırladaraq, burada onlara qarşı nəinki dözümlülük nümayiş etdirildiyini, onlara cəmiyyətin ayrılmaz parçası olaraq dəyər verildiyini diqqətə çatdırıb. E.Süleymanov qeyd edib ki, İsrail mətbuatında da Azərbaycanın nümunəsi davamlı olaraq işıqlandırılır.

Daha sonra Con Batçelor son zamanlar Rusiyanın Ermənistana hərbi yük daşımaları ilə bağlı sual ünvanlayıb və bu məsələ ətrafında Azərbaycan tərəfinin narahatçılığı ilə mətbuatdan tanış olduğunu bildirib. E.Süleymanov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlarda Minsk Qrupunun həmsədri qismində Rusiyadan ədalətli mövqe gözlənildiyini bildirib. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüş zamanı məsələ ilə bağlı Azərbaycan tərəfinin narahatlığını diqqətə çatdırdığını, Azərbaycanın sülh prosesinə sadiqliyini və substantiv danışıqlardan real nəticələr gözlənildiyini bəyan etməsini xatırladıb. Səfir Azərbaycanın bu yanaşmasının Rusiya tərəfindən dəstəkləndiyini bildirib. Lakin buna baxmayaraq, Rusiyadan yük təyyarələrinin Ermənistana hərbi təchizat daşımasının müşahidə olunduğunu, Rusiya müdafiə nazirinin ölkəmizə səfəri zamanı bu təyyarələrin tikinti materialları daşımasını iddia etməsini bildirib. Rusiyadan və İran hava məkanından keçərək Ermənistana tikinti materiallarının daşınması izahatının qənaətbəxş olmadığını qeyd edib.

Səfir ölkə Prezidenti İlham Əliyevin və Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin məsələ ilə bağlı açıq şəkildə narahatlığına istinad edərək, Rusiya tərəfinin məsələyə tam aydınlıq gətirəcəyinə və Minsk Qrupu həmsədri kimi obyektiv vasitəçi kimi fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib.

Müsahibə zamanı Con Batçelor Ermənistanın Tovuz istiqamətində təxribat cəhdi zamanı Azərbaycanın hərbi qulluqçuları və mülki əhali arasında itkilər olduğunu bildirərək, Ermənistanın hücumunun Cənub Qaz Dəhlizinə təhdid yaratmaq məqsədi daşıyıb-daşımadığını səfirdən soruşub. Səfir Süleymanov erməni təxribatınının məhz bu ərazidə olmasının aydın şəkildə qlobal enerji təhlükəsizliyinə töhfə verən layihələrə təhdid yaratmaqla, ümumi regionun rifahına zərbə vurmaq məqsədi daşıdığını, eləcə də Ermənistanın özünə ziyanlı olduğunu qeyd edib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO