Ermənistanın Azərbaycana qarşı təcavüzündən təkcə soydaşlarımız deyil, yaşı minillərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən ermənilər dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.
Rakus.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır. Erməni vandallarının növbəti hədəfi Ağcabədi rayonu Hacılar kənd qəbiristanlığı olub. Qəbiristanlığa düşən mərmilərin partlaması nəticəsində bir çox qəbir daşları zədələnib.