Hadisə 20.10.2023 20:17

“Ermənilər bilir ki, gec-tez bu evin sahibi, bu torpağın yiyəsi gələcək” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Babalarımızın ruhları ermənilərin orada yaşamasına imkan verməyəcək” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Toxluca kənd sakini Müzahim İsgəndərovun həyat hekayəsinə həsr olunub.

O, doğulub boya-başa çatdığı kəndin həyatından, uşaqlıq və məktəb illərindən danışıb, gənc vaxtlarında əsas gününün Göyçə gölünün sahilində keçdiyini bildirib: “Bizdə gəzməli yerlər, bulaqlar da çox idi. Uşaq vaxtı o bulaqların başına çox gedərdik. Dağlarda, bulaqlarda gəzərdik. Uşaq vaxtı kartof yığımına gedərdik. Bu bizim üçün çox maraqlı olardı. Bizim hər tərəf dağlıq ərazidir. Uşaq vaxtı kinoya gedər, məktəbin emalatxanasında əl arabaları, maşınlar düzəldər, “Ənzəli”, “Kəmər döyüşü”, “Gizlən qaç” oynayardıq”.

M.İsgəndərov deportasiya illərindən də söz açıb, 1988-ci ildə Göyçənin Şorca kəndində böyük bir mitinq keçirdərək Göyçə mahalına muxtariyyat tələb etdiklərini deyib: “Biz Qarabağ Azərbaycan torpağıdır!” çüarını qaldırmışdıq. Bundan sonra ermənilər daha da qorxuya düşdü və başladılar azərbaycanlı kəndləri sıxışdırıb çıxarmağa. Təbii ki, biz öz torpaqlarımızdan çıxmaq istəmirdik. Rus hərbiçiləri var idi, onları göndərdilər. Rus hərbiçiləri dedilər ki, sizə 10 gün vaxt veririk. Çıxmasanız biz sizi qoruya bilməyəycəyik. Çıxmalısınız. Yavaş-yavaş da camaat çıxırdı, biz də məcbur olduq öz ata-baba yurdumuzu tərk etdik”.

Onun sözlərinə görə, 35 ildir Bakı şəhərində yaşamaqlarına baxmayaraq,  yenə də yuxuda kəndlərini görür: “Biz orada böyümüşük, boya-başa çatmışıq, o evləri öz əlimizlə tikmişik. Ora bizim ata-baba yurdumuzdur. Qəbirlərimiz oradadır. Bizim bügünkü məqsədimiz torpaqlarımıza, dədə-baba yurdlarımıza qayıtmaqdır.

Ermənilər heç vaxt Qərbi Azərbaycanda yaşamayıb. Qərbi Azərbaycan bizim üçün doğmadır. İnşallah, biz gedib elimizi, obamızı ziyarət edəcəyik, orada yaşayıb yenə quracağıq. Ora bizim  daimi Vətənimizdir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 20-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Hadisə, Siyasi / 20.10.2023 20:17
“Ermənilər bilir ki, gec-tez bu evin sahibi, bu torpağın yiyəsi gələcək” - FOTO - VİDEO
Hadisə / 20.10.2023 15:28
Müzahim İsgəndərovun həyat hekayəsi: “Rus hərbiçiləri bizə 10 gün vaxt verdi…”
İdman / 20.10.2023 13:01
Ənənəvi Futbol Turnirində 2-ci tur başlayır
Dünya, Siyasi / 19.10.2023 20:23
Zori Balayanın etirafı: “İrəvanın erməni əhalisi başqa yerlərdən gəlmədir” - FOTO - VİDEO
Mətbuat, Siyasi / 18.10.2023 19:49
Türkiyə və İrandan ermənilər niyə Abarana köçürülüb? - FOTO - VİDEO
Gündəm, Təhlil / 18.10.2023 14:51
Müstəqilliyin Bərpası Gününə töhfə – bütöv olan Azərbaycan – TƏHLİL
Hadisə, Sosial / 18.10.2023 13:01
Qərbi Azərbaycanda boş qalan 34 rayonumuz – ANONS - VİDEO
Müsahibə, Siyasi / 17.10.2023 21:08
“Biz öz istəyimizlə qaçqın olmamışıq”- MÜSAHİBƏ - VİDEO
Siyasi / 17.10.2023 19:57
“XIX əsrə qədər Göyçədə erməni yaşamayıb” - FOTO - VİDEO
Hərbi, İdman / 17.10.2023 14:00
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJETLƏRİ - VİDEO
Elm və təhsil, Sosial / 17.10.2023 13:35
Erməni yazıçının etirafı: “Basarakeçərdə adlar erməniləşdirilib” – ANONS - VİDEO
İdman / 17.10.2023 07:15
1-ci tur oyunlarının XÜLASƏSİ - VİDEO
Müsahibə, Video müsahibə / 16.10.2023 20:20
“Biz torpağımıza dinc şəkildə qayıtmaq istəyirik” - VİDEO
Gündəm, İdman / 16.10.2023 17:03
Turnirin ilk günü – yaddaqalan məqamlar - FOTO - VİDEO
İdman / 16.10.2023 12:00
İlk turun mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO - VİDEO
Siyasi / 16.10.2023 10:47
Heydər Əliyev kursunun layiqli davamçısı – Tarix yazan lider
İdman / 15.10.2023 23:17
“Çəmbərək” qalib gəlib, 1-ci tur başa çatıb - VİDEO
İdman / 15.10.2023 20:30
“Göyçə” inamlı qələbə qazanıb - FOTO - VİDEO
İdman / 15.10.2023 11:58
Bu gün “Qərbi Azərbaycan” “Göyçə”ni” Çəmbərək” isə “Qaraqoyunlu”nu sınağa çəkir
İdman / 14.10.2023 22:09
Bakıda Ənənəvi Futbol Turnirinin açılış mərasimi olub - FOTO
Hadisə / 14.10.2023 20:13
Unudulmuş qəbiristanlıq: mərhum azərbaycanlılarla bağlı dəhşət - FOTO - VİDEO
Maraqlı, Sosial / 13.10.2023 20:00
“Ermənilər evimizi partlatdılar, 4 yaşlı öğlum qucağımda öldü” - VİDEO
Elm və təhsil / 13.10.2023 17:06
“Ulu babalarım İrəvandan qovulub” – Sərdar Ünsal ilə tarixi görüş
İdman / 13.10.2023 14:33
Sabah Futbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək
Sosial / 13.10.2023 13:57
“Kəndimizi görüb ölmək istəyirəm” – Şəhid anasının həyat hekayəsi – ANONS - VİDEO
Dünya, Təhlil / 12.10.2023 19:55
Ermənistanda 100 min azərbaycanlı üçün yeni evlər tikilir - FOTO - VİDEO