Dünya 16.07.2019 14:12

Ermənilər gürcü kilsəsini təhqir edirlər

 

 

Paravani gölü və onun ətrafı bütün Gürcüstan üçün eləcə də hər bir pravoslav gürcü üçün müqəddəs bir yerdir. Öz əhəmiyyətinə görə, bu ölkənin qədim paytaxtı Msxetadır. Çünki Müqəddəs Nino məhz Paravani gölünün sahillərindən başlayaraq öz yolunu Gürcüstan ərazisinə salmışdır. Gürcülərin xristianlaşması da o vaxtdan etibarən başlamışdır. Ona görə də bu marşrut üzrə 40 günlük bir ziyarət ənənəsi vardır. Hətta Gürcüstanın prezidenti Salome Zurabaşvili də bu yolu zəvvarlarla birlikdə keçmişdir. Tarixən Paravani gölü ətrafında heç bir erməni yaşamamışdır. Ermənilərin “Pərvanə gölü” haqqındakı əfsanələri isə uydurulmuş yalanlardan başqa bir şey deyil.

Erməni köçkünləri burada yalnız 1830-cu ildə peyda olmuş və qədim gürcü kilsələrini mənimsəməyə başlamışlar. Sovet hakimiyyətinin qurulması ilə bu kilsələr tərk edilmiş və ya təsərrüfat obyektlərinə çevrilmişdir. O cümlədən kilsənin olduğu Poka kəndində də ermənilər mal-qara saxlamışlar. Ermənilər prinsipial olaraq gürcülərin ən yaxşı şəkildə qorunan kilsələrini geri qaytarmırlar. Bu gün müqəddəs kilsə ermənilər tərəfindən tövləyə çevrilmişdir. Belə ki onlar kilsədən otun və ya mal-qaranın saxlanıldığı tövlə kimi istifadə edirlər.

Bu barədə “Nəyə görə Cavaxetiyanın erməni kilsəsi tövlədir?” adlı yazıda qeyd olunur. Digər bir tərəfdən Karanfilyanın “Cavaxkın xəzinələri – Pərvanə gölü” adlı yeni filmində “qədim erməni əyaləti”nin tarixi və müasir vəziyyəti haqqında danışılır. Beləliklə də müəllif filmdə Poka kəndindəki faktı qeydə alır. Filmdən də göründüyü kimi yerli ermənilər kilsədən tövlə kimi istifadə edirlər. Müəllif isə bu barədə belə qeyd edir: “Kilsədən tövlə kimi istifadə edilməsi heç də müqəddəslərə xəyanət demək deyildir, əksinə onun xilas olunmasıdır. Çünki Sovet İttifaqının süqutundan sonra Gürcüstan hökuməti dini tikililərin gürcüləşdirilməsi kursunu aparır və erməni məbədlərinin gürcülərə aid olduğunu elan edirdi. Kilsədən hansı şəkildəsə istifadə etmək onun xilas olunması üçün yeganə şans idi. İndi kilsə təmir olunur, onun bəzəkləri isə orjinal şəkildə qalmasına imkan verir”.

Bundan əlavə qeyd etmək lazımdır ki filmdə Samtsxe-Cavaxetiyanın guya “erməni torpağı” və “böyük Ermənistanın Quqark əyalətinin bir hissəsi olduğunu” vurğulayan yalnış fikirlər də səslənir. Əslində isə Samtsxe-Cavaxetiyanın və xüsusən də Paravani gölünün bütün Gürcüstan üçün nə qədər böyük mənəvi əhəmiyyətə malik olması hamıya məlumdur. Ermənilər gürcülərə məxsus olan kilsəni verməmək üçün əllərindən gələni edirlər. Bu barədə gürcü blogeri David Vartumaşvili də yazır: “Erməni kəndində kişilər və qadınlar üçün iki gürcü monastrı var, hər ikisinə Müqəddəs Nino adını vermişlər. Kişilərə məxsus olan monastr kənddən bir qədər kənardadır, müasir görünüşə malik olduğuna görə turistlər üçün o qədər də maraqlı deyildir. Qadınlar üçün olan monastr isə hamıya məlumdur. Bu monastr yüksəklikdəki təpənin ortasında yerləşir və mühüm tarixi əhəmiyyət kəsb edir. Belə ki Gürcüstanın katalikos-patriarxı II İlya hələ 1988-ci ildə kilsənin yanındakı bir kənddə köhnə bir ev əldə etmiş və onu öz adına qeydiyyatdan keçirmişdi ki, sərhəd zonası olan və sərbəst giriş üçün icazə verilməyən bu əraziləri ziyarət edə bilsin. 1992-ci ildə baş rahibə Yelizaveta iki monarx ilə birlikdə monastrın təməlini qoymaq üçün Pokaya gələndə patriarxın evi erməni ailəsi tərəfindən zəbt olunmuşdu. İlk illərdə patriarx və monarxlar məkanı pərdə ilə bölərək bu insanlarla qonşuluq etməyə başladılar. Bu yaşamaq üçün mübarizə illəri idi. Dirçəliş isə yalnız 2001-ci ildə başlanıldı”.

O vaxt Gürcüstan ərazisində erməni təcavüzkarları Abxaziyada gürcüləri öldürür və doğma evlərindən qovurdular. Monastrın əsasını qoyan Gürcüstanın patriarxı və monarxlar qanuni olaraq əldə etdikləri evlərdən istifadə edə bilmirdilər. Yerli ermənilər özbaşına olaraq onlara aid olmayan evləri zəbt etmişdilər və gürcü rahiblərini tam 9 il ərzində bu evlərdən çıxartmağa çalışırdılar. Gürcülərin öz yurdlarındakı evlərində yaşamağa haqqları yoxdur. Çünki bu, ermənilərin “xoşuna gəlmir” və onlar özgə evində yaşamaq istəyirlər. Eyni zamanda Abxaziyadakı digər erməni terrorçuları gürcü qonşularını öldürərək eləcə də evlərindən qovaraq onların evlərini qənimət kimi ələ keçirmişdirlər. Həqiqətdə Gürcüstan Patriarxının və gürcü rahiblərinin təvazökarlığına və mülayimliyinə yalnız təəccüblənmək olar. Lakin təcrübə göstərir ki, ermənilər xristian münasibətlərini qiymətləndirmirlər. Onlar bunu zəiflik kimi qəbul edirlər və əsassız olaraq qəzəblənirlər. Həmçinin David Vartumaşvili qeyd edir ki, monastrın yerləşdiyi müqəddəs Nino kilsəsi XI əsr Gürcüstan memarlığının abidəsidir.

Gürcüstanda böyük kafedraların, o cümlədən Msxetada Svetisxovelinin, Kaxetiyada isə Alaverdinin olduğu bir dövrdə Poka kəndinin kiçik monastrı kasıb görünürdü. Yəqin ki bu, buradakı əhalinin o vaxt azsaylı olmasından xəbər verir. Patriarxın qonşuluqda ev əldə etdiyi zaman kilsənin artıq damı yox idi. Onu 2002-ci ildə bərpa etmək mümkün oldu. Cənub fasadındakı dekor salamat qalmışdı. Divarda asomtavruli adlanan gürcü məktublarının əsasında işlənmiş divar rəsmlərinin fraqmentləri salamat qalmışdı. Yazıların 2-də kilsənin keçmiş katolikos-patriarxı V İoan Okropiri, qapının sağ tərəfində isə “Usta Bavreliy” məbədinin qurucuları xatırlanır. Belə çıxır ki, erməni millətçiləri patriarxa kilsəni damsız vermişlər və hələ 9 il ərzində də monastrın bərpa olunmasına və yenilənməsinə mane olmuşlar. Gürcü keşişlərinin, rahiblərinin və zəvvarlarının ibadət etmələri üçün heç yerdə yerlərinin olmadığını bilərək ermənilər bir az yaxşı vəziyyətdə olan və damı olan gürcü kilsəsini tövlə kimi istifadə etmişlər. Yaxşı, bir halda ki siz yad kilsəsini ələ keçirdiniz, axı özünüz də orada dua edirsiniz. Nəyə görə müqəddəs yeri təhqir edərək onu mal-qara üçün tövlə etmisiniz? Amma yox. Yerli ermənilərə kilsə Allahın məbədi kimi lazım deyilmiş. Onu sırf qanuni sahiblərinə – gürcülərə verməmək üçün tövləyə çevirmişlər. “Erməni xalqının dostluğu və qardaşlığı” məhz bu cürdür.

Qeyd etmək lazımdır ki bu təkcə işğal olunmuş Abxaziyada deyil, bütün ölkə üçün müqəddəs olan yerdə, Gürcüstanın mənəvi qəlbində, eləcə də xristianlığın yayılmağa başladığı yerdə baş verir. Kənddə məskunlaşan ermənilərin gürcü müqəddəslərini təhqir etməsi dərhal dayandırılmalıdır. Poka kəndində onlar tərəfindən tövləyə çevrilən qədim kilsə gürcü pravoslav kilsəsinə verilməlidir və burada ibadət yenidən bərpa olunmalıdır.

Kamal Salayev,

AMEA–nın Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi

E–mail: kamalsalayev1988@gmail.com

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO