Siyasi 23.05.2025 22:17

“Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Yeməkxanalarda türk olduğumuz üçün yemək vermirdilər” adlı veriliş Zəngəzur mahalının Qafan rayonunun Acıbac kənd sakini Mübariz Qənbərovun həyat hekayəsinə həsr olunub.

O, 1968-ci ildə doğulduğunu, ailədə 6 uşaq olduqlarını, uşaqlıq və gənclik illərinin dağlarda, bulaqlarda, yaylaq və biçənəklərdə keçdiyini deyib: “Biz uşaq vaxtında qoyun nobatına, quzu növbəsinə getmişik. Acıbac kəndi qədim türk kəndi olub. Burada müəyyən tayfalar olub. Kəndin bünövrəsini bizim Qənbərli nəsli qoyub. Qədim alban abidəsini ermənilər taxıl anbarı etmişdilər. Ermənilər ora xaç işarəsi qoyub, başqa yerdən gətirdikləri böyük saldaşların üstünə  1141-ci il yazımışdılar. Onun sözlərinə görə, orta məktəb illərində rayona olimpiadalarda qatılıb: “Bizə qarşı münasibət pis olurdu. Azərbaycanlılar fizika, riyaziyyat üzrə olimpiadada birinci yerə çıxdığı halda, onlara birinci yer yox, ikinci yeri verirdilər. Rayon tədbirlərində ancaq türklərə qarşı söhbətlər gedirdi. Bufetdə bizə yemək vermirdilər. Onların Sovet hökmətinin dövründə türklərə qarşı aqressivlik edirdilər. Ermənilər kəndə gəldikləri maşınlarda avtomat və patron olurdu. Ermənilər orada bizim təhsilimizi məhv etmişdilər, İkinci Dünya müharibəsi başlayanda kəndin bütün müəllimlərini müharibəyə göndərmişdilər. Heç kim geri qayıtmadı. Aprelin 24-də hər il rayonda azərbaycanlılarla ermənilər arasında böyük dava düşürdü. Bizə qarşı  təhqiramiz sözlər işlədirdilər.

1918-ci ildə Andranikin Acıbaca hücumu zamanı böyük qırğınlar törədildiyini söyləyən M.Qənbərov bildirib ki, 1988-ci ildə ermənilər artıq aqressiv olmağa başladılar: “Vəziyyət daha da pisləşdi. Hərbçilər olmasa, bəlkə də bizim Qafanda qabağımızı kəsib, maşını yandırardılar. Biz Ermənistandan çıxanda artıq Ermənistanda zəlzələ baş vermişdi. Ermənilər istəyirdi orada münaqişə olsun. Əllərində avtomatla gəlib camaatı ələ salıb, toyuqları, inəkləri 30 qəpiyə alırdılar. Ona görə də çox adam mal-heyvanı dağa buraxmışdı.  Hərbçilərin köməyi ilə Zəngilana gəldik, bir müddət orada qalandan sonra Bakıya gəldik”.

Acıbac kənd sakini Vətənə qayıdış istəyindən də söz açıb: “40 ilə yaxındır Bakı şəhərində yaşayıram, amma öz kəndimdən ötəri darıxıram. Kəndimizin  daşları, biçənəkləri, bulaqları, oylaqları, dağları gözümün qabağından getmir. Quşun yuvası olduğu kimi, bizim də öz doğulduğumuz kənd var. Biz gec-gec ora qayıdacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 23-da saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 23.05.2025 22:17
“Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər” - FOTO - VİDEO
Sosial / 23.05.2025 13:22
“40 ildir kəndim üçün darıxıram” – Mübariz Qənbərovun “Həyat Hekayəsi” - VİDEO
Sosial / 23.05.2025 11:49
Hümbət Hüseynov: “Şəffaflıq baxımından bildirişlərinin elektron qaydada verilməsi zəruridir”
Siyasi, Təhlil / 22.05.2025 22:56
Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb - VİDEO
Siyasi / 22.05.2025 13:50
Ermənistan boşaldılır – ANONS - VİDEO
Siyasi / 21.05.2025 22:31
“Kreml onların boyunlarından tutub Azərbaycana təhvil verdi ki, orada namaz qılsınlar” - VİDEO
Siyasi / 21.05.2025 14:22
Ermənistan avaralar ölkəsinə çevrilib – ANONS - VİDEO
Siyasi, Sosial / 20.05.2025 22:32
Açıxlı, Acıbac, Acılu – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 20.05.2025 19:48
“Hind mədəniyyəti əsasən müsəlman-türk mədəniyyətinin irsidir” - VİDEO
Siyasi, Sosial / 20.05.2025 14:22
Ermənilərin ölü kəndə çevrdiyi türk yurdu – ANONS
Müsahibə, Siyasi / 20.05.2025 13:45
“Türkiyəsiz Yaxın Şərqdə sülh mümkün deyil” – ANONS
Müsahibə, Video müsahibə / 19.05.2025 22:40
“Azərbaycanlıların 52 faizi yenidən Qafana qayıtmışdı” - VİDEO
İdman, Sosial / 19.05.2025 10:18
Çəmbərək Rayon İcması gənclərə hər zaman dəstək verir - FOTO
Mədəni / 17.05.2025 22:15
“Xalçada, abidədə, məzar daşında, zərgərlikdə türk nişanları” - VİDEO
Siyasi, Sosial / 16.05.2025 22:05
“Gecəyarısı bacımla gedib atamın qəbrinin üstündən torpaq götürdük” - FOTO - VİDEO
Siyasi, Sosial / 16.05.2025 14:22
“Vətən üçün burnumun ucu göynəyir” – Güllü Qocayevanın həyat hekayəsi – ANONS - VİDEO
Siyasi, Təhlil / 15.05.2025 22:54
Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək - VİDEO
Siyasi, Təhlil / 15.05.2025 14:22
“Zəngəzurda böyük eksklav yaradılacaq?” – ANONS - VİDEO
Siyasi, Sosial / 14.05.2025 22:23
Nadir şaha görə ərini öldürüb, qalanı təhvil verən erməni qadını - VİDEO
Siyasi, Sosial / 14.05.2025 13:37
Tumanyanın fahişə diplomatiyası – ANONS - VİDEO
Mədəni / 14.05.2025 09:22
Bakıda “Muğam” Televiziya Müsabiqəsinə start verilib - FOTO - VİDEO
Siyasi, Sosial / 13.05.2025 22:57
Axsu, Axtaxana, Axtacul, Axund Buzovand, Axura – türk tarixinin izi - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 13.05.2025 18:53
“İrəvan erməniləri Qarabağ ermənilərini niyə bəyənmirlər?” - VİDEO
Siyasi, Sosial / 13.05.2025 14:51
Hayların ölü kəndə çevirdiyi məkan – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Video müsahibə / 13.05.2025 13:22
Qarabağ erməniləri qıpçaq albanların törəməsidir – ANONS - FOTO - VİDEO
Müsahibə, Mədəni / 12.05.2025 22:56
“Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır” - VİDEO