Ermənilər tarixi abidəni dağıdıb - FOTO
Dağlıq Qarabağda yaşayan erməni icması Türkmənçay müqaviləsindən sonra İrandan ilk 200 erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə keçmiş Ağdərə rayonunun Marağa kəndi ərazisində 1978-ci ildə “MARAĞA 150” abidəsi ucaltmışdı.
Rakus.az xəbər verir ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məlumatına görə, sonradan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının kəskinləşməsiylə, abidə ermənilər tərəfindən dağıdılıb:
“Ancaq, dağılmağa məruz qalmasına baxmayaraq, abidənin qalıntıları hələ də qalmaqdadır və yeni inzibati ərazi bölgüsünə əsasən, Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində yerləşir. Təmas xəttinə çox yaxın olmasına baxmayaraq, ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir və gedib abidənin qalıqlarını öz gözlərinizlə də görə bilərsiniz”.