Ermənilər daha bir tarixi abidəmizə qarşı saxtakarlıq ediblər.
Rakus.az xəbər verir ki, bu barədə Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov “Twitter”də paylaşım edib.
“Erməni saxtakarlığı fəaliyyətdədir: Xocavənd rayonunun işğaldan azad edilmiş Tuğ kəndində bərpa işləri adı altında XVIII əsrə aid ibadətgahın tavanına zəng qülləsi əlavə edilib. Beləcə, abidə saxtakarlığın qurbanı olub. Qəbul edilə bilərmi? Siz qiymət verin”, – o qeyd edib.