Hadisə 29.09.2023 19:48

“Ermənilərdən qorumaq üçün qızımla oğlumu kartofun arasında gizlətdim”

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Gecə evimizi ermənilər daşa basırdılar”adlı  veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun (keçmiş Kirovakan, indiki Vanadzor) Lermontov (Antaraşen) kəndində anadan olmuş Gülsəfa Rüstəmovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, orta məktəb, gənclik illərinin gözəl keçdiyini, kənddə əsasən ruslar, 15 ailə azərbaycanlı, 6-7 erməni ailəsi var idi: “Biz erməni, rus, bilmirdik. Bizə ermənilər türk deyərdi, ruslar tatar deyərdi.  Öz dilimizi bilirdik, bayramlarımızı keçirərdik, yumurta boyayardıq, qapı pusardıq”.

Onun sözlərinə görə, kənddən çıxarkən çox çətinliklərlə üzləşiblər: “Gecəikən kinoya baxırdıq. Ermənilər dedilər ki, çıxın, sizi burada məhv edəcəklər. Birinci Qazağa gəldik, 5-6 gün qaldıqdan sonra bizi geri qaytardılar. Ondan sonra ara qızışdı, qaçaqaçdıq düşüdü. Biz tankla çıxdıq. Biz oradan çıxanda mənim 29 yaşım var idi. Ailədən 2 nəfər bir çıxdıq, 4 nəfər də bir çıxdıq. Anam iki uşağımı bir götürdü, kiçik oğlum əlimdə 1 yaş 7 aylıq idi. Gecə evimizi daşa basırdılar. Böyük qızımla kiçik oğlumu kartofun arasında gizlətmişdim. Kartof ləkdə çiçək açmışdı, arasında gizlədirdim. Gündüz olanda bizə çox dəymirdilər, axşamlar bizi çox qorxudurdular. Vanadzor kəndi var idi, orada yaxın adamımızdan öldürdülər, əşyalarını, özlərini yandırdılar. Oradan qaçıb gəlib bizim rus kəndinə dolmuşdular. Qaynatamgilin evini yandırdılar, özünü döydülər. Elə yarımcan Gəncəyə gətirdilər, elə orada da rəhmətə getdi. 1918-ci ildə nənəmin birinci yoldaşını da, bir dənə də qızını ermənilər öldürmüşdü”.

G.Rüstəmova doğma yurda qayıtmağı çox istədiyini deyib: “Bu, hər zaman arzumuz olub. Sakitçilik, mehribançılıq olsa, qayıtsaq daha yaxşı olar. İlk gedişimdə birinci qəbiristanlığa gedərdim, ondan sonra da evimə dəyərdim. Hər bir yeri, cığırı tanıyıram. Heç bir cığırımızı unutmamışam. Məzarlarımız, rəhmətə gedənlərimiz orada qaldı. O heç vaxt yaddan çıxmaz. Həmişə öz evimizi,  həyətimızı, kəndimizi, dağlarımızı yuxumda görürəm. İnşallah qayıdacağıq. Buna əminik və böyük həvəslə gedəcəyik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 29-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO