“Ermənilərə görə, azərbaycanlı traktorçu, erməni tankçı olmalı idi” - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi tanınmış cərrah, travmatoloq-ortoped, ehtiyatda olan tibb xidməti polkovniki, Qarabağ müharibəsi veteranı, professor Məcid Məsimov olub.
O, indiki Ermənistanın Qərbi Azərbaycan torpaqları əsasında qurulan dövlət olduğunu söyləyib və deyib ki, ermənilərin zaman-zaman azərbaycanlıları pərən-pərən salıb toponimləri məhv edib, həm tarixi şəxsiyyətləri, həm də etnik tərkibi ilə məhz azərbaycanlılara, türklərə məxsus əraziyə sahib çıxmağa çalışıblar: “Ermənistan türk dünyasını parçalamaq üçün yaradılıb. Ermənilər bərabər yaşayış şəraiti yaradan türklərin sayəsində sağ qalıblar. Ermənilər həmişə xəyanət ediblər. Dili, yazını, əlifbanı əlindən alıb axırda bütün azərbaycanlıları qovdular”.
M.Məsimov regional və beynəlxalq tədbirlərdə erməni məkrliyinin dəfələrlə şahidi olduğunu deyib: “Moskvada, Pekində keçirilən travmatoloqların elmi konfranslarında ermənilər yalan, saxta məlumatlar yaymağa çalışıblar. Onların bu saxtakarlığını tutarlı faktlarla dəfələrlə ifşa etmişəm. Ermənilər təbliğat aparırdılar ki, guya Azərbaycan onları məhv edir. Amma, əksinə, Azərbaycan həmişə sülh tərəfdarı olub”.
Onun sözlərinə görə, Qərbi Azərbaycanda səhiyyə-tibb sektorunda çoxsayda mütəxəssiz yetişib: “Lakin o zamanlar indiki Ermənistanın tibb müəssisələrində işləyən, çalışan azərbaycanlı demək olar çox az olub. Bunun bir çox səbəbləri var. Azərbaycanlılar həmişə Ermənistandan kənarda təhsil almağa məcbur edilirdilər. Bunun bircə məqsədi vardı: azərbaycanlılar Ermənistana qayıtmasınlar. Biz onlardan həmişə təhqir eşitmişik. Onların düşüncəsinə görə, azərbaycanlı traktorçu, erməni tankçı olmalıdır”.
O, Göyçə mahalının Çəmbərək rayonunun Şorca kənd icmasının Ağsaqqallar Şurasının sədri kimi Vətənə qayıdışın zərurət olduğunu vurğulayıb, bu məsələ ilə bağlı görülən işləri yüksək dəyərləndirib və bildirib ki, hazırda bunun üçün təkcə informasiya müharibəsi deyil, həm də ideoloji müharibə davam edir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə aprelin 9-da saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.
Xxx
«По мнению армян, азербайджанец должен был стать трактористом, армянин – танкистом»
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван стал известный хирург, травматолог-ортопед, полковник запаса медицинской службы, ветеран Карабахской войны, профессор Меджид Масимов.
Он отметил, что сегодняшняя Армения – это государство, построенное на землях Западного Азербайджана, что армяне время от времени рассеяли азербайджанцев, уничтожали топонимы и пытались завладеть территориями, принадлежащими азербайджанцам и туркам, по их историческим данным и этническому составу: «Армения была создана для того, чтобы разделить тюркский мир. Армяне выжили благодаря туркам, создавшим равные условия для жизни. Армяне всегда предавали свою родину. На протяжении многих лет они отбирали сначала язык, затем письменность, алфавит азербайджанцев, и в итоге изгнали всех азербайджанцев с их Родины».
М.Масимов сообщил, что неоднократно был свидетелем армянского обмана и фальсификаций на региональных и международных мероприятиях: «На научных конференциях травматологов, проходивших в Москве и Пекине, армяне пытались распространять ложную и фейковую информацию. Я неоднократно разоблачал их мошенничество с помощью убедительных фактов. Армяне пропагандировали, что Азербайджан их уничтожает. Но, наоборот, Азербайджан всегда был сторонником мира».
По его словам, в медико-здравоохранительном секторе Западного Азербайджана выросло большое количество специалистов: “Однако в то время, азербайджанцев, работавших в медицинских учреждениях нынешней Армении, почти не было. Есть много причин для этого. Азербайджанцы вынужденно учились за пределами Армении. Цель одна – не допустить возвращения азербайджанцев в Армению. Мы всегда слышали от них оскорбления. По их мнению азербайджанец должен был быть трактористом, а армянин – танкистом.
Он, будучи председателем Совета старейшин сельской общины Шорджа Чамбаракского района Гейчинского махала, подчеркнул необходимость возвращения на Родину, высоко оценил проделанную работу по этому вопросу и заявил, что идет не только информационная, но и идеологическая война.
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось 9 апреля в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.