Mədəni 29.01.2025 22:17

“Sinayda tapılan alban dilində 315 səhifəli Palimpsest erməni yalanlarını ifşa etdi” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilər udilərdən qorxub Alban kilsəsini tanımaq istəmirlər” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili ermənilərin Alban kilsələrini talan edərək saxtalaşdırmasından söz açıb.

O bildirib ki, 1836-cı ildən sonra ermənilər Alban kilsələrini talamağa başlayıblar: “Onlar Alban kilsələrində olan tarixi, dini kitabları məhv etmək üçün rus çarından icazə aldılar. Albanlara aid mühüm tarixi sənədləri Eçmiədzin və Matenadaranda gizlədiblər”.

Onun sözlərinə görə, Sinayda tapılan alban dilində 315 səhifəlik Palimpsest kitabı erməni yalanlarını ifşa etdi: “Ermənilər udilərdən qorxub Alban kilsəsini tanımaq istəmirlər. Ermənilər saxtalaşdırmaq üçün qaydadan kənar çıxaraq kilsələrin hər divarına xaç vurublar. Alban xaçı əsas fərqləndirən elementdir, erməni xaçından fərqlidir. Alban kilsələri bəzəksiz, qurbangahı alçaq olurdu”.

Dini İcma sədri diqqətə çatdırıb ki, Ermənistanda yaradılan qondarma Udi icmasında udilər yox, ermənilər yığışıb: “Udinlər vaxtı ilə ermənilərdən kömək istədi, amma onlar üz çevirdilər. Ermənilər udi adlarını, tarixini saxtalaşdırmaq, məhv etməyə çalışblar”.

Marşal Baqramyan erməni dilini bilmədiyi üçün Silikovu öldürdüyünü deyən R.Mobili sonda vurğulayıb ki, erməniləri Alban kilsəsinin bərpası qorxuya salıb: “Erməni kilsəsinin Qafqaza aidiyyəti yoxdur. Qəbələnin Nic kəndindəki Alban kilsəsinə ən çox azərbaycanlılar gəlir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 29-da saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 29.01.2025 22:17
“Sinayda tapılan alban dilində 315 səhifəli Palimpsest erməni yalanlarını ifşa etdi” - FOTO - VİDEO
Mədəni / 29.01.2025 14:03
Ermənilərin kilsə qorxusu – ANONS - VİDEO
İqtisadi / 29.01.2025 09:50
Nəqliyyata həsr olunmuş müşavirənin detalları “Hədəf”də - FOTO - VİDEO
Siyasi, Sosial / 28.01.2025 22:37
Allahverdi, Allahverdibəy, Almalı – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 28.01.2025 18:41
“Qərbi Azərbaycan torpaqlarının tarixi və mədəni irsi” adlı yeni fənn tədris olunur”
Hərbi, Təhlil / 28.01.2025 15:26
Rusların İrəvan şoku – 102 saylı baza bağlanır? – TƏHLİL
Siyasi / 28.01.2025 14:27
Sakinləri 3 millətdən olan türk yurdu – ANONS - VİDEO
Müsahibə / 28.01.2025 13:14
“Ermənilər mədəniyyəti “borc alırlar” – ANONS - FOTO - VİDEO
Müsahibə / 27.01.2025 22:39
“İlk erməni partiyalarının proqramında terrorçuluq əsas yer tuturdu” - FOTO - VİDEO
Elm və təhsil / 27.01.2025 15:49
Basarkeçər gəncləri Şirazi İbrahimovu “GƏNCLƏRİN DOSTU” elan etdilər - FOTO
Təhlil / 27.01.2025 14:57
Makronun qara çərçivədəki “üzü” – TƏHLİL
Siyasi / 27.01.2025 10:09
Arayik Harutyunyan günahı – Paşinyan niyə pis vəziyyətdə qalıb? - FOTO - VİDEO
Mədəni / 25.01.2025 22:06
“İrəvandakı Xan sarayı divarlarının bəzədilməsi ilə təsviri sənət yenidən canlanıb” - FOTO - VİDEO
Mədəni / 25.01.2025 14:00
Qərbi Azərbaycan və Qobustan qayaüstü rəsmlərin oxşarlığı – ANONS - VİDEO
Siyasi, Sosial / 24.01.2025 21:45
“Anam su içəndə də deyirdi ki, yox, İravanın suyu tam başqadır” - FOTO - VİDEO
Təhlil / 24.01.2025 16:54
Rəsmi İrəvanın ziddiyyətli adımları – Paşinyanın “sülh çağırışı” – TƏHLİL
Siyasi / 24.01.2025 13:22
“Gedərçayın şırıltısını mütləq eşidəcəm” – Fəridə Səfiyevanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 24.01.2025 09:39
Rusiya Ermənistan münasibətlərində nə dəyişəcək? - FOTO - VİDEO
Siyasi, Təhlil / 23.01.2025 22:17
“Bayden administrasiyası “topal ördək” rolunda ermənilərə sonuncu yaxşılığını etdi” - FOTO - VİDEO
Siyasi / 23.01.2025 16:39
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası olub - FOTO
Təhlil / 23.01.2025 16:36
Baydenin karyerası – oğlunu cinayətlərə görə əfv edən Prezident – TƏHLİL
Siyasi, Təhlil / 23.01.2025 13:16
Ermənistan üçün “əcəl zəngi” – ANONS - VİDEO
Elm və təhsil / 22.01.2025 21:32
“Eçmiədzin 1920-ci ilə qədər udiləri erməniləşdirmək siyasəti apardı” - FOTO - VİDEO
Elm və təhsil / 22.01.2025 13:41
Udi xalqını əritmək istəyirdilər – ANONS - VİDEO
Siyasi, Sosial / 21.01.2025 22:21
Aldərə, Alırzalar, Alişar, Alyurd, Allar, Alladərə – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 21.01.2025 18:35
“Azərbaycan Xəzər xaqanlığının tərkibində idi” - VİDEO