Elm və təhsil 21.01.2026 23:03

Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə Qafqaz Tarixi Mərkəzinin rəhbəri, tarixçi Rizvan Hüseynov 1720-ci ildən bəri erməni məsələsinin necə geosiyasi alətə çevrilməsi haqqında danışıb.

O bildirib ki, 1-ci Pyotrun Qafqaz yürüşü ilə erməni kartının ilk dəfə işə salınmasına başlanılıb: “Erməni layihəsini Vatikan və Çar Rusiyası formalaşdırıb. Osmanlı və İran ərazilərindən ermənilərin köçürülməsi ilə demoqrafik mühəndislik işlənilib. Bolşevik hakimiyyəti erməni ideologiyasını inşa edib. Erməni iddiaları həmişə Qərb və Rusiya maraqları ilə üst-üstə düşüb və bunun fonunda ermənilərin ərazi iddiaları başlayıb”.

Onun sözlərinə görə, ermənilərin etnik tərkibi alban, qıpçaq, kürd və tat faktoru ilə bağlıdır: “Dağ xalqları və vadi sivilizasiyasına iddia erməni tarixinin ziddiyyətidir. Ararat Respublikası layihəsi ilə bağlı ermənilərin öz tarixi etirafları var. Kür–Araz mədəniyyəti ermənilərin tarixi iddialarının elmi iflasıdır. Sovet dövründən sonra erməni kimliyinin ideoloji böhranı başlayıb”.

R.Hüseynov Urartu yalanının mənbəyi və Sovet dövründə ortaya atılmasının səbəblərindən söz açıb, “ermənilər yeni geosiyasi reallığa uyğunlaşacaq, yoxsa Ermənistanı tərk edəcək” sualına aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 21-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 21.01.2026 23:03
Ermənilər yeni geosiyasi reallığa uyğunlaşa biləcək, yoxsa Ermənistanı tərk edəcək? - VİDEO
Elm və təhsil / 21.01.2026 14:22
Erməni kartı necə işə salınıb? – ANONS - VİDEO
Mətbuat / 21.01.2026 12:33
“Global Media Group” ötən il media sahəsində yüksək nəticələr qazanıb
Siyasi, Sosial / 20.01.2026 23:32
Başnalı, Başsız, Berd qalacıq, Berdadağ – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 20.01.2026 14:22
Başnalı necə Bağramyan oldu? – ANONS - FOTO - VİDEO
Gündəm / 20.01.2026 12:01
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Gündəm / 20.01.2026 11:54
Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar paylaşım edib - FOTO - VİDEO
Siyasi / 20.01.2026 11:22
Millətin azadlıq eşqini söndürə bilməyən qanlı cinayət
Gündəm / 20.01.2026 08:43
Xalq 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edir - FOTO - VİDEO
Gündəm / 20.01.2026 00:01
Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
Müsahibə / 19.01.2026 23:43
“Ermənilər maddi-mənəvi dəyərlərimizə böyük zərbə vurublar” - VİDEO
Gündəm / 18.01.2026 13:38
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO
Mədəni / 17.01.2026 23:46
“Xalçalar üzərindən oxunan deportasiya yaddaşı” - VİDEO
Siyasi, Sosial / 16.01.2026 23:50
“Erməni katib göstəriş vermişdi ki, bir nəfər sağ çıxmasın” - FOTO - VİDEO
Siyasi, Sosial / 16.01.2026 14:22
“Ata yurduma qayıdışı gözləyirəm” – Səfayə Həsənovanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 15.01.2026 23:18
“Zəngəzur məsələsində İsrail və İran faktoru nəyi dəyişir?” - VİDEO
Siyasi / 15.01.2026 14:22
Ermənistan türk dövlətinə çevriləcək – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 14.01.2026 23:52
“Böyük Ermənistan” nağılı Avropa masalarında yazılıb” - VİDEO
Elm və təhsil / 14.01.2026 14:22
“Erməni kartı” – Avropanın geosiyasi aləti – ANONS - VİDEO
Siyasi, Sosial / 13.01.2026 23:08
Başköy, Baş Gərni, Baş Gözəldərə – türk tarixinin izi - FOTO - VİDEO
Sosial / 13.01.2026 14:22
Qarapapaqların yaşadığı qədim kənd – ANONS - FOTO - VİDEO
Müsahibə / 12.01.2026 23:59
“Daşnak qırğınları soydaşlarımızı doğma yurddan didərgin salıb” - VİDEO
Mədəni / 10.01.2026 22:37
Qərbi Azərbaycan xalçalarında gizlənən türk kosmoqoniyası - VİDEO
Siyasi, Sosial / 09.01.2026 23:11
“Babam araba ilə Gəncəyə, böyük qardaşı isə Türkiyəyə qaçıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 09.01.2026 14:22
“İrəvanım üçün çox darıxıram” – Gülbəniz Qəmərlinskayanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 08.01.2026 23:22
“Ermənistanda seçkidən sonra azərbaycanlıların qayıdışına strat veriləcək” - VİDEO