Mədəni 18.01.2025 22:43

“Ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Urud abidələrindəki svastika qədim türk inancını simvolizə edir” adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, dosent Aslan Xəlilov Qərbi Azərbaycan abidələrindən söz açıb.

O bildirib ki, Qərbi Azərbaycan abidələri bütöv Azərbaycan abidələri ilə eynilik təşkil edir: “Bu bölgə mehir, qoçdaş, sənduqələr türk-oğuz mənsubiyyəti ilə seçilir. Qərbi Azərbaycanda olan abidələrinin araşdırması yeni faktları üzə çıxarıb. Urud abidələrindəki svastika qədim türk inancını simvolizə edir. Orada ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir. Qərbi Azərbaycan abidlərinin böyük əksəriyyəti Azərbaycan üslubu ilə türklər tərəfindən tikilib”.

Onun sözlərinə görə, Qoşundaş kompleksində əsgərlər dəfn olunurdu ki, ruhları gəlib, burada dövr etsin. Orada kişi və qadın qəbirlərinə fərqli işarələr qoyulurdu.

Ermənilər donuz saxladıqları üçün toxuculuq, xalçaçılıq ilə məşğul ola bilmədiklərini deyən A.Xəlilov sonda Urud sənduqəsi üzərində müəmmalı işarənin mənası, Qoşundaş kompleksinin mistikasının dəqiq izahı ilə bağlı fikirlərini söyləyib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 18-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 18.01.2025 22:43
“Ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir” - FOTO - VİDEO
Mədəni / 18.01.2025 14:27
Qoşundaş kompleksinin mistikası – ANONS - VİDEO
Siyasi, Sosial / 17.01.2025 22:05
“Babam deyirdi ki, ermənilər camaatı mal-qara ilə birlikdə yük vaqonlarında deportasiya etdilər” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.01.2025 13:33
Üçüncü nəslin Vətən yanğısı – Vüqar Nərimanbəylinin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 17.01.2025 12:40
“Minsk qrupunun və həmsədrlik institutunun ləğvi hədəflənən məsələlər sırasında dayanır” – AÇIQLAMA
Təhlil / 16.01.2025 22:48
“Azərbaycanlı qaçqınlar Paşinyanla danışıqlar üçün İrəvana gedə bilər” - FOTO - VİDEO
Siyasi / 16.01.2025 16:15
Deputatdan açıqlama: “Azərbaycan Minsk qrupunun ləğvini tələb edir”
Mətbuat / 16.01.2025 14:46
Mərdlik və milli iradə – xalqın qəhrəmanlıq rəmzi
Siyasi / 16.01.2025 13:45
“Əliyev Paşinyandan vaxt tələb edir” – ANONS - VİDEO
Mətbuat, Təhlil, Video müsahibə / 16.01.2025 10:03
ABŞ və Ermənistan arasındakı xartiyanın pərdəarxası məqamları - FOTO - VİDEO
Mədəni / 15.01.2025 22:26
“Qədim xristian Udi- Alban icması bu gün ermənilər üçün böyük bəladır” - FOTO - VİDEO
Mədəni / 15.01.2025 13:22
“Alban əlifbası erməni yazısından qədimdir“ – ANONS - VİDEO
Siyasi, Sosial / 14.01.2025 22:25
Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 14.01.2025 18:31
“Əgər yaxın gələcəkdə Ermənistan beynəlxalq hüququn tamhüquqlu subyektinə çevrilərsə, sülh olacaq” - VİDEO
Təhlil / 14.01.2025 14:52
Bitən Bayden erası – ABŞ-ın Ermənistan aləti – TƏHLİL
Siyasi, Sosial / 14.01.2025 14:20
Beş tarixi məkanda silinməyən türk möhürü – ANONS - VİDEO
Müsahibə / 14.01.2025 13:35
Sülh sazişinin taleyi necə olacaq? – ANONS
Müsahibə / 13.01.2025 22:19
“Əsas vəzifələrimizdən biri də erməni yalanlarını beynəlxalq səviyyədə ifşa etməkdir” - FOTO - VİDEO
Mədəni, Sosial / 11.01.2025 22:51
“Ermənilərin üç dəfə dağıtdığı Terp kəndində qız toyu olmurdu” - FOTO - VİDEO
Mədəni / 11.01.2025 13:35
“Xarabalığa çevrilən Terpin tarixi – ANONS - VİDEO
Siyasi, Sosial / 10.01.2025 22:57
“Ruslar 1988-ci ilin yayında bizi maşınlara doldurub Araz çayının qırağına tökdülər” - FOTO - VİDEO
Siyasi / 10.01.2025 19:13
Rizvan Nəbiyev Bağdadda APA-nın iclasında iştirak edir 
Təhlil / 10.01.2025 16:49
General Prezident seçildi – regionda İran hakimiyyəti sıxışdırılır – TƏHLİL
Müsahibə / 10.01.2025 16:04
“Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir” - FOTO
Mətbuat / 10.01.2025 14:59
Şuşadan, Xankəndidən sonra yeni başlanğıc – MƏQALƏ
Siyasi, Sosial / 10.01.2025 13:22
“Şirazlının son şahidi – Simuzər Əhmədovanın “Həyat Hekayəsi” – ANONS