Hadisə 04.08.2023 19:52

Ermənilərin “kor bağırsaq əməliyyatı” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az  xəbər verir ki, “Erməni həkim qardaşımı əməliyyat zamanı öldürdü” adlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Göyçə mahalının Kəvər (Kamo) rayonunun Ağzıbir kənd sakini Səlvi Həsənovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən, ailəsinin üzləşdiyi çətinliklərdən danışıb: “Uşaqlıq illərində gəzdiyim yerlər hamısı yadımdadır. Göyçə gölünün ləpələri düz evimizin divarına vururdu. Mən də orada uşaq vaxtı gedib gölməçə düzəldirdim, balaca balıqlardan tutub ora qoyurdum”.

Onun sözlərinə görə, 1950-ci ildə kənd əhalisi məcburən köçürülüb: “Evlərin qabağında əsgərlər və hərbi maşınlar dayanırdı. Bütün hamını yük maşınına doldurdular və Yerevana gətirdilər. Yerevandan Ağdaşın Aralbir,  Xosrov kəndlərinə yolladılar”.

S.Həsənova atasının ermənilər tərəfindən güllələndiyini, bibisinin qaçaqaç vaxtı itkin düşdüyünü, qardaşının isə xəstəxanada öldürüldüyünü söyləyib: “Atam Rəhim kişi ot tayasını yığanda güllə ilə vurmuşdular. Atamı öldürmək, aradan götürmək fikirləri var idi. Amma ot tayası onun həyatını xilas etdi. Bibim də 15-16 yaşında qaçaqaçdıqda itkin düşmüşdü. Atam elə hey ağlayırdı, axtardı, amma bacısını tapa bilmədi. Qardaşım Mehdi Yerevana xəstəxanalara getdi. Onu Şahinyan adlı həkim əməliyyat etdi. Vəziyyət ağırlaşanda təzədən ikinci əməliyyata götürdülər. Bütün bağarsaqlar, daxili orqanların hamısı  çirk etmişdi. Ondan sonra əlac etmək olmadı”.

Ağzıbir kənd sakini 1920-ci ildə qaçaqaç zamanı anasıgil Türkiyəyə sığınaraq 1-2 il orada yaşayıblar: “Sonra biliblər ki, torpaq alındı yenidən Ağzıbirə qayıdıblar və görüblər, ermənilər bütün evləri zəbt ediblər. Təzədən araba ilə daş daşıyıb qohumlar kəndin qırağında ev tikib orada yaşadılar”.

Ermənistan Ali Sovet sədrinin müavini işləmiş qardaşı Həbib Həsənovun fəaliyyətindən, 1971-ci ilin fevralında vəfat edən Mehdi Həsənovun və özünün kitablarından da söz açıb.

S.Həsənova sonda Vətən həsrəti ilə yaşadığını, gedib kəndini, ata-anasını, 9 uşaq bir yerdə böyüdüyü evi görmək istədiyini bildirib: “Bu dəqiqə imkanım olsa mən quş olub uçub gedib o kəndimizi gəzərəm. Mən mütləq gedib oranı görməliyəm. Mənim babalarım, babamın babaları hamısı Ağzıbirdə basdırılıbdır. Atamın qəbri qürbəttə qalıb. Axı onu unuda bilmərəm?!”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 4-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO