Siyasi 30.05.2025 22:20

“Biz evi ermənilərlə dəyişmədik, satmadıq və halallıq vermədik” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Məşhur aktyor: “37 ildir ayrıldığım Zodda ölmək istəyirəm” adlı veriliş Göyçə mahalının, Basarkeçər rayonunun Zod kənd sakini, tanınmış aktyor Elməddin Cəfərovun həyat hekayəsinə həsr olunub.

O, 1981-ci ildə dünyaya gəldiyini, uşaqlıq və orta məktəb illərini xatırladıb: “Ailədə üç qardaş bir bacı  olmuşuq. Bütün xatirələrim Zodla bağlıdır. İkinci sinifdə oxuyanda biz məcbur evimizdən çıxmışıq. Kəndimiz böyük, əhalisi çox idi. Türklərin lap qədimdən yaşadığı yaşayış məkanı olub. Zod dədə-babadan türk yurdu olub. Orada türklər yaşayıb, ermən sakin olmayıb.  Ermənilərin Zoda qarşı yüzillik bir travmaları var idi”.

Onun sözlərinə görə, deportasiya zamanı ən axırıncı çıxan Zod camaatı olub: “1988-ci ilin noyabrında Ermənistan SSR-nin birinci katibi bizim kəndə gəldi ki, çıxmalısınız, qərarı SSR-i verib. Zod camaatı çıxmırdı. Qızıl mədənində işləyənlərin hamısını tutub saxlamışdılar. O dedi ki, tutduqlarınızı buraxın, bizim sizinlə davamız yoxdur, sizə heç nə etmirik, şərait də yaradırıq, dəhliz açırıq, maşınlar veririk, yəni nə istəyirsinizsə təşkil edirik. Ağsaqqallarla danışıqdan sonra bizimkilər adamları buraxdılar. 1988-ci ilin fevralından ətraf  kəndlərdən cammat çıxmağa başlamışdı. Biz sentyabrda məktəbə getdik, oktyabrda məktəbi bağladılar, təhsil dayandı. Ara qarışmışdı. Oktyabrın ortalarında atam bacımı, anamı və kiçik qardaşımı Gəncəyə babamgilə qoydu. Özü qayıtdı. Kənddə yalnız kişilər və 7 yaşdan yuxarı oğlan uşaqları qalmışdı. Biz onlarla bir yerdə noyabrın axırlarında çıxdıq. Biz evi ermənilərlə dəyişmədik, satmadıq, halallıq vermədik. Səhər tezdən hava işıqlaşmamış hamımız böyük yük maşını ilə Kəlbəcərdən Gəncəyə gəldik”.

E.Cəfərov vurğulayıb ki, yaşlandıqca qəribə bir enerji məni ora dartır: “Orada yaşamaq arzumdur. Yarıda kəsilən uşaqlığımı yaşamaq istəyirəm. İnşallah, doğulduğumuz torpaqlara qayıdacağıq. Doğulduğum torpaqda dünyadan getmək istəyərəm. Çünki ora bizim dədə-babamızın minilliklər boyu yaşadığı yurd- yuvamızdır. Biz haqqımıza gec-tez çatacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 30-da saat 20:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 30.05.2025 22:20
“Biz evi ermənilərlə dəyişmədik, satmadıq və halallıq vermədik” - FOTO - VİDEO
Mədəni, Sosial / 30.05.2025 13:22
“Ermənilərə halallıq vermədik” – Elməddin Cəfərovun “Həyat hekayəsi” – ANONS - VİDEO
Təhlil / 29.05.2025 22:49
“Poqosyan: “Əsas plan Qərbi Azərbaycan muxtar vilayətinin yaradılmasıdır”
Siyasi / 29.05.2025 14:57
Bakının İrəvandan tələbi … – ANONS
Mədəni / 28.05.2025 22:15
“Ermənilərin Qərbi Azərbaycanda saxta arxeoloji əməliyyatları” - VİDEO
Mədəni / 28.05.2025 14:09
Protürklər Qərbi Azərbaycanda yaşayıb – ANONS - VİDEO
Gündəm / 28.05.2025 00:02
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Siyasi, Sosial / 27.05.2025 22:49
Aşağı Ağbaş, Aşağı Ağdan, Aşağı Ağ Körpü, Aşağı Ağcaqala – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Müsahibə / 27.05.2025 18:30
“Ermənilər Qafqazda imperiya siyasəti nəticəsində meydana çıxdı” - VİDEO
Sosial / 27.05.2025 14:42
Çarın türk yurdunda erməni əməliyyatı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 27.05.2025 13:22
Qərb erməni yalanlarına inanmışdı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 26.05.2025 22:50
“Naxçıvana pənah gətirən soydaşlarımıza Afiyəddin Cəlilov böyük dəstək oldu” - VİDEO
Elm və təhsil / 24.05.2025 22:48
“Tanrı ilə əlaqə quran şəxs Kam adlanır” - VİDEO
Siyasi, Sosial / 23.05.2025 22:17
“Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər” - FOTO - VİDEO
Sosial / 23.05.2025 13:22
“40 ildir kəndim üçün darıxıram” – Mübariz Qənbərovun “Həyat Hekayəsi” - VİDEO
Sosial / 23.05.2025 11:49
Hümbət Hüseynov: “Şəffaflıq baxımından bildirişlərinin elektron qaydada verilməsi zəruridir”
Siyasi, Təhlil / 22.05.2025 22:56
Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb - VİDEO
Siyasi / 22.05.2025 13:50
Ermənistan boşaldılır – ANONS - VİDEO
Siyasi / 21.05.2025 22:31
“Kreml onların boyunlarından tutub Azərbaycana təhvil verdi ki, orada namaz qılsınlar” - VİDEO
Siyasi / 21.05.2025 14:22
Ermənistan avaralar ölkəsinə çevrilib – ANONS - VİDEO
Siyasi, Sosial / 20.05.2025 22:32
Açıxlı, Acıbac, Acılu – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 20.05.2025 19:48
“Hind mədəniyyəti əsasən müsəlman-türk mədəniyyətinin irsidir” - VİDEO
Siyasi, Sosial / 20.05.2025 14:22
Ermənilərin ölü kəndə çevrdiyi türk yurdu – ANONS
Müsahibə, Siyasi / 20.05.2025 13:45
“Türkiyəsiz Yaxın Şərqdə sülh mümkün deyil” – ANONS
Müsahibə, Video müsahibə / 19.05.2025 22:40
“Azərbaycanlıların 52 faizi yenidən Qafana qayıtmışdı” - VİDEO
İdman, Sosial / 19.05.2025 10:18
Çəmbərək Rayon İcması gənclərə hər zaman dəstək verir - FOTO