Dünya 24.10.2020 14:45

Ermənistan daha bir iqtisadi drayverini itirdi

Ermənistanın emal sənayesinin aparıcı sahələrindən biri spirtli içki istehsalıdır. Hazırda üzüm şərabları və digər spirtli içki növü istehsalı bu ölkənin iqtisadiyyatında əsas drayver sektorlardan hesab edilir. Lakin, pandemiya və müharibənin təsiri ilə sektor böhran yaşayır və bu böhran daha da dərinləşir.

Rakus.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2019-cu ildə içkilər, o cümlədən, spirtli içkilər üzrə ixracın həcmi 293 milyon ABŞ dolları olub. Bu da ümumi ixracda 11 faizi təşkil edib.

Beləliklə, Ermənistanda ixracın həcminə görə iqtisadiyyatın bu sektoru 4-cü yerdə qərarlaşıb və buna görə də ölkəyə əsas valyuta gətirən sahələrdən biri hesab edilir.

Ermənistanda istehsal olunan şərab və digər alkoqollu içkilərin 75,1 faizi ənənəvi olaraq Rusiya Federasiyasına ixrac edilir. Bununla yanaşı digər ixrac bazarlarına Ukrayna, Belarus, ABŞ, Çin, İsveçrə, Polşa, Fransa, İtaliya aiddirlər. Pandemiyadan ciddi zərər çəkmiş sahənin 2020-ci il üzrə inkişafında mənfi bir tendensiya yaşanır.

2020-ci ilin 7 ayı ərzində Ermənistanın şərab istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz azalıb. Müharibənin təsiri ilə bu böhran daha da dərinləşir. Təbii ki, bu sektorda geriləmə ixracın azalması ilə yanaşı ölkəyə gələn birbaşa xarici investisiyanın da azalmasına gətirib çıxaracaq.

Həmçinin, şərabçılıq və digər alkoqollu içkilərin istehsalı Ermənistanda əsas investisiya imkanları olan 5 sahədən biridir. Bu sahədəki geriləmə nəticəsində Ermənistan həm də xarici bazarlardakı mövqelərini itirəcək.

Vurğulanıb ki, hazırda ölkədə üzümçülük məhsullarına tələb azalır və bu da fermərlərin gəlirlərinin azalmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, Ermənistanda kasıb əhalinin önəmli hissəsi kənd yerlərində yaşayır, fermerlərin gəlirlərinin azalması öz növbəsində kənd yerlərində kasıblıq həddinin artmasına gətirib çıxaracaq.

Qeyd edilib ki, Ermənistanın işğalçı siyasətinin mənfi təsirlə bu ölkədə iqtisadiyyatın bütün sahələrində özünü göstərir. Bu isə ondan xəbər ki, Ermənistanın uzunmüddətli müharibə aparmağa nə resursu, nə də iqtisadi gücü var.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS