Dünya 23.08.2019 12:25

Ermənistan dini abidələrimizi məhv edir

Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.

Rakus.az xəbər verir ki, mərkəzin bəyanatında bildirilir ki, bu il Birləşmiş Millətlər Təşkilatı 22 avqustu din və etiqad zəminində zorakılıq aktları qurbanlarının Anım Günü olaraq təsis edib: “İstənilən zəmində və müstəvidə baş verən zorakılıq hallarını qətiyyətlə pisləyərək, din və etiqad mənsubiyyəti əsnasında zorakılıqla üzləşən insanlara dəstək olur, onlarla həmrəyliyimizi bildiririk. Dini mənsubiyyət və etiqadına görə insanların bu və ya digər zorakılıq halları ilə qarşılaşmasını önləmək, qarşısını qətiyyətlə almaq məramı ilə dünyanın siyasi, ictimai, elmi və dini institutları ilə əməkdaşlıq etməyə, səylərimizi birləşdirməyə hazır olduğumuzu bəyan edirik”.

Bəyanatda qeyd olunur ki, XXI əsrdə dini etiqada görə zorakılığa məruz qalma təhlükəsi sivil dünyaya başıucalığı gətirmir. Təbii insan haqlarından olan din, etiqad azadlığının təmin olunması olduqca mühümdür. Bu sahədə hər hansı zor, təhdid qətiyyən yolverilməzdir: “Biz insanların məscidlərdə, kilsələrdə, sinaqoqlarda, digər dini məbədlərdə ibadət zamanı terror edilməsi kimi hallar ikrah və hiddət doğurur. Misirdə qibti zəvvarlara təcavüz, Fələstin, Suriya, Əfqanıstan, Liviyadakı durum, Yeni Zelandiya, Şri-Lanka, Pitsburqda və digər yerlərdə dini məbədlərdə törədilən mənfur terror hadisələri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir.

Biz din və etiqad zəminində zorakılıq aktları qurbanlarını yad edərkən, bir məqamı nəzərdən qaçırmamalıyıq ki, bu hallar insan qırğını ilə yanaşı, maddi və qeyri-maddi mədəni irsin məhvi ilə müşayiət olunur. Belə zorakılıq aktları insanlara fiziki zərbə ilə yanaşı, mənəvi zərbələr vurur, minilliklər ərzində formalaşmış dini-mənəvi irs abidələrini məhv etmək, mədəni ənənələri aradan qaldırmaq kimi məkrli niyyət güdür. Beləliklə, məhv edilən dini-mənəvi abidələr də din və etiqad zəminində zorakılıq aktlarınıın qurbanları kimi nəzərdən keçirilməlidir”.

Bəyanatda vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş əzəli Azərbaycan torpaqlarında xalqımızın məhv edilən, siması dəyişdirilən dini mənəviyyat abidələri belə bir vandal münasibətlə üzləşib:

“Təəssüflər olsun ki, qloballaşan dünyada siyasi iddialar, iqtisadi maraqlar səbəbindən mənəvi-əxlaqi dəyərlər çox vaxt nəzərə alınmır ki, bu da insan hüquqlarının təmin olunması sahəsində ikili standartlara yol açır. Məsələn, Yaxın Şərqdə baş verən faciəvi hadisələr fonunda miqrant axını yaradan səbəbləri aradan qaldırmaq əvəzinə, insanlıq dramı yaşayan məcburi miqrantlara qarşı anti-humanist münasibət, irqçi və aqressiv davranış nümayiş etdirilir ki, bu da din və etiqad zəminində zorakılıq aktı kimi səciyyələndirilə bilər”.

Sənəddə qeyd olunur ki, sülh və ədalətin təmininə xidmət edən dəyərlər sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, humanist dəyərlər önəmli yer tutur: “Bu gün sülhün qorunması probleminin həllində, habelə terrorizm, ksenofobiya, antisemitizm, islamofobiya, ekstremizm və radikalizmin qarşısının alınmasında, dünyada sabitlik və əmniyyətin bərqərarı üçün dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə, davamlı əməkdaşlığı vacibdir. Dünya çapında taleyüklü qərarlar verilərkən dünya dini liderlərinin mənəvi, dini-əxlaqi dəyərləndirmələri, müdrik tövsiyə və məşvərətlərinə ehtiyac var. Bu baxımdan, bu gün milli, irqi, dini ekstremizmi önləyə biləcək multikultural həyat tərzinin qloballaşan dünyaya təqdim edilməsi vacibdir.

Bütün dinlər zor və şiddətə yox deyir. Biz, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzinin üzləri dünyanın bütün siyasi və dini liderlərinə müraciət edərək, sülhün, sabitliyin qorunması naminə səylərini artırmağa, bu yolda dinlər, mədəniyyətlər arası əməkdaşlığın imkanlarından bəhrələnməyə çağırırıq. Bütün bu təzahürlərin aradan qaldırılması işində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığını vacib sayırıq”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO