Mədəni 31.07.2023 20:05

Ermənistan hökumətinin toponim cinayətləri - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlu olub.

O, Cənubi Qafqazda qədim türklərə, oğuz və qıpçaq boylarına məxsus toponimlərin tarixindən söhbət açıb. Bildirib ki, o dövrlərdə bu coğrafiyada ermənilərin yaşayışını, mədəniyyətini əks etdirəcək hər hansı toponimə, tarixi-mədəni abidəyə rast gəlmək mümkün deyildi. Türkoloq alim erməni adının mənşəyi, bədxah qonşularımızın özününküləşdirdikləri mədəniyyət abidələrindən danışıb.

F.Ağasıoğlu bildirib ki, ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımı və deportasiya siyasətinin davamı olaraq Qərbi Azərbaycanda milli-mədəni abidələrimizə, toponimlərimizə yönəlik soyqırımı cinayətləri də törədilib. Onun sözlərinə görə, tarixi torpaqlarımızda Ermənistan adlı dövlət yaradıldıqdan sonra bu siyasət dövlət səviyyəsində daha geniş vüsət alıb, dini-mədəni, tarixi abidələrimizin ermənilər tərəfindən özününküləşdirilməsi, bizə məxsus izlərin silinməsi cəhdləri artıb: “Ermənilərin Anadoluya, Cənubi Qafqaza gəlmə tarixi bəllidir. Türklər Cənubi Qafqazın aborigen əhalisidir. Ermənilər isə bu coğrafiyaya zaman-zaman köçürülüblər. Hətta onlar öz aralarında bir-birinə erməni deyil, hay deyirlər. Tarixdən bizə məlum olan, ermənilərə heç bir aidiyyəti olmayan Ərməniyyə ərazisinə haylar sahib çıxmaq üçün müxtəlif tarixlər uydururlar. Misal üçün, hayların uydurma tarixinə görə, onların özlərinə ilk hökmdar və dövlət başçısı hesab etdikləri Artaş – Ərtaş erməni deyil, türk olub. O, Selevki dövləti dağılandan sonra özünü müstəqil elan etmiş Ərməniyyənin dövlət başçısı idi. Bunu adıçəkilən hökmdarın vaxtilə öz ərazisinin sərhədlərində basdırdığı sınır daşları, onun üzərindəki qədim yazılar bir daha təsdiqləyir. Bu daşlar 1906 və 1932-ci illərdə tapılıb. Onların üzərində aramey əlifbası ilə 2200 illik bir tarix öz əksini tapır”.

Türkoloq alim söyləyib ki, İrəvan şəhərinin 2800 illik tarixi var: “Bu şəhərin qədim adı Erebunidir. Bu, Urartuca Ər ebi – Ər evi – Əsgər evi anlamındadır. Uni isə qədim Urartu dilində toponimlərə qoşulan şəkilçidir. İrəvan şəhərin ən hündür yerində tikilən müdafiə, istehkam qalası, əsgərlərin qalıb keşik çəkdikləri məkan məhz bu cür adlandırılıb. İndi də həmin Erebuni qalasının qalıqları İrəvan şəhəri ərazisində qalır. Bunun kimi bir çox tarixi faktları ermənilər özününküləşdirməyə çalışıblar. Ermənilər yer adlarını dəyişməklə, o adların daşıdığı mühüm tarixi informasiyaları tarixdən silməyə çalışıblar. Sovet hökuməti illərində Ermənistan SSR Nazirlər Kabinetinin çoxsaylı qərarları ilə rəsmi şəkildə, dövlət səviyyəsində toponim cinayətləri törədilib, yer-yurd adlarımız mərhələ-mərhələ dəyişdirilib. Bununla bağlı arxivlərdə rəsmi sənədlər var”.

F.Ağasıoğlu ermənilərin öz arasında bir-birilərinə qarşı olan münaqişələrə də diqqət çəkib. Fakt kimi qeyd edib ki, Qarabağda və irəvanda yaşayan ermənilər heç vaxt bir-birini qəbul etməyiblər. Deportasiyaların, soyqırımların xalqımızın taleyində dərin izlər buraxdığını, çoxsaylı faciələrə yol açdığını xatırladan O, Qərbi Azərbaycan İcmasının yaradılmasını, Qayıdış Konsepsiyasının hazırlanmasını, bu istiqamətdə həyata keçirilən siyasəti, atılan addımları müsbət qiymətləndirib. Bildirib ki, Göyçəyə, Zəngəzura, Vediyə mütləq qayıtmalıyıq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 31-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO