Dünya 08.10.2020 11:00

“Ermənistan iqtisadi əməkdaşlığa ciddi maneələr yaradır” – nazir - FOTO

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) üzv ölkələrin nümayəndələrinin, həmçinin beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə videokonfrans formatında Bankın Müdirlər Şurasının 29-cu illik toplantısı keçirilib.
Rakus.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, plenar sessiyada EBRD-yə üzv ölkələrin nümayəndələrinın çıxışları dinlənilib.

Tədbirdə çıxış edən EBRD-də Azərbaycandan müdir, İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Bankla əlaqələrin inkişafına önəm verdiyini, EBRD-nin hər zaman ölkəmiz üçün etibarlı və önəmli tərəfdaş olduğunu vurğulayıb. 2019-cu ilin noyabr ayında Azərbaycan EBRD-nin donor ölkələr icmasına qoşulmaqla Bankla tərəfdaşlığını daha da möhkəmləndirib. İqtisadiyyat naziri koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq məqsədilə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi dəstək tədbirləri barədə məlumat verib, postpandemiya dövründə rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və emal sənayesi, tikinti, mədən sənayesi, neft-kimya, nəqliyyat-logistika, ticarət, turizm, İKT və s. sahələrin inkişafının əsas prioritetlər kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan yeni çağırışları adekvat qarşılamaq üçün kifayət qədər resurslara malikdir, eyni zamanda beynəlxalq maliyyə institutlarının, o cümlədən AYİB-in təklif etdiyi dəstək tədbirlərini də dəyərləndirir. Bu baxımdan, EBRD-nin “Həmrəylik Paketi” xüsusilə qeyd edilməlidir.

Plenar sessiyada özəl sektorun, xüsusilə kiçik və orta biznesin inkişafı, özəlləşdirmə, dövlət müəssisələrinin rəqabət qabiliyyətinin və şəffaflığının yüksəldilməsi, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı sahələrində Azərbaycanla EBRD-nin əməkdaşlıq imkanları diqqətə çatdırılıb.

M.Cabbarov vurğulayıb ki, Azərbaycanın regional inkişaf təşəbbüslərinə baxmayaraq, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti bölgədə iqtisadi əməkdaşlığın genişləndirilməsinə, iqtisadi potensialın tam reallaşmasına ciddi maneələr yaradır. Ermənistan bu ilin sentyabrın 27-dən Azərbaycana qarşı növbəti təxribatlara başlayıb. İşğalçı ölkənin əsas hədəfi isə mülki əhali və obyektlərdir. Ölkəmizin vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq humanitar hüquq çərçivəsində apardığı əks-hücum əməliyyatı Azərbaycanın öz ərazisində həyata keçirilir. Bir daha diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir.

Dünya ictimaiyyəti beynəlxalq hüquq və normalara əsaslanan prinsipial mövqe nümayiş etdirməli, Ermənistanın Azərbaycana qarşı təxribatlarını qətiyyətlə pisləməli, təcavüzkar ölkəni humanitar hüquq çərçivəsində götürdüyü öhdəliklərə, beynəlxalq hüquqa riayət etməyə məcbur etməlidir.

Toplantıda EBRD-nin strateji istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, 2021-2025-ci illər üzrə Strateji və Kapital Çərçivəsi təsdiq edilib, Bankın Müdirlər Şurasının növbəti il üzrə institusional tərkibi müəyyənləşdirilib.

Azərbaycan nümayəndələri həmçinin, EBRD Müdirlər Şurasının 29-cu illik toplantısı çərçivəsində keçirilmiş digər tədbirlərdə də iştirak ediblər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO