“Azərbaycanda şəhid olan qardaşımız bizim də şəhidimizdir. Ermənistan odla oynadığını bilsin. Türkiyə Azərbaycanın yanındadır”.
Rakus.az xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının katibi Ömər Çelik Azərbaycan-Ermənistan sərhədində son günlər yaşanan gərginliyə münasibət bildirərkən səsləndirib.
O deyib ki, Dağlıq Qarabağı işğal altında saxlayan Ermənistan indi də Tovuz ərazisindən hücumlara başlayıb. Bu isə Türkiyə tərəfindən qəbul edilə bilməz.