Hərbi 30.05.2019 15:05

General-mayor: “Ermənistan ordumuzun təlimlərindən qorxur”

 

 

Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyev Rakus.az-a müsahibə verib.

Ənvər müəllim, ilk olaraq tədbirlər planına uyğun keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri barədə məlumat verməyinizi xahiş edirik.

 -Bildiyiniz kimi, 2019-cu il Azərbaycan Ordusunun hazırlıq planına uyğun olaraq mayın 20-dən 24-dək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin iştirakı ilə keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilib.

Təlimdə həm qərargahların hazırlığı, döyüş əməliyyatlarının planlaşdırılması üzrə qərargahların hazırlığı, həm də hərbi hissələrinin taktiki fəaliyyətlərinin icrası üzrə praktiki vərdiş və bacarıqlarının yoxlanılması keçirilib. Keçirilən əməliyyat taktiki təlimin digər taktiki təlimlərdən fərqli ondan ibarət idi ki, bu təlim daxilində bölmələrin gecə şəraitində hücum əməliyyatının aparılması üzrə taktiki fəaliyyətlərin yerinə yetirilməsi nümayiş etdirilib.

– Nəticə sizi qane etdimi ?

– Bu vəzifənin öhdəsindən təlimə cəlb edilmiş bölmələr çox yüksək səviyyədə gəliblər. Bölmələr taktiki qruplar tərkibində hücumla düşmənin gizli postlarının ələ keçirilməsi, onun döyüş düzülüşünün yaxın taktiki dərinlikdəki mövqelərinin ələ keçirilməsi, hücumun yüksək tempdə sürətlə inkişaf etdirilməsi, ordu aviasiyasının artilleriyanın  atəşə dəstəyi ilə hücumun dərinliyə inkişaf etdirilməsi və əlverişli hədlərin ələ keçirilməsini nümayiş  etdiriblər. Gecə şəraitində  keçirilən bu taktiki təlim çox yaxış nəticələrlə bitdi. İstər hədəflərin atəşlə məhv edilməsi, istər bölmələrimizin o taktiki fəaliyyətləri icra etməsi üzrə vərdişləri təlimi müşahidə edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tərəfindən yüksək qiymətləndirildi. Gecə şəraitində döyüş əməliyyatı aparmaq, təlim keçirmək daha çox xüsusi hazırlıq, xüsusi vərdişlər, biliklər, o cümlədən xüsusi avadanlıqlar, müşahidə cihazları tələb edir. Bu təlim göstərdi ki, bizim ordumuzda hazırda olan texnikalar, hava hücum vasitələri, istər helikopterlər, istər təyyarələr gündüz olduğu kimi, gecə də döyüş aparmaq qabiliyyətinə malikdirlər. Bizdə artıq bütün texnikalarda gecə müşahidə aparmaq, atəş açmaq üçün  lazım olan müşahidə cihazları, optik cihazlar mövcuddur və şəxsi heyət bundan yüksək səviyyədə, məharətlə bacarıqla istifadə etməyi bilir. Bu təlimin sonunda müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən göstəriş verildi ki, artıq bütün hərbi hissələrdə, birliklərdə ilin sonuna qədər belə gecə təlimləri təşkil olunsun və keçirilsin. Bu təlim bir növ də bir nümunəvi təlim idi. Digər komandirlərə bir metodik olaraq bunun necə təşkil olunub keçirilməli olduğunu göstərdi. Komandirlər də metodik  vərdişlərini, bilik səviyyələrini, bacarıqlarını artırdılar.

– Azərbaycan Ordusunun düşməni qorxuya salmasını nə ilə izah etmək olar ?

– Əlbəttə Ermənistan tərəfi Azərbaycan Ordusundan qorxur və qorxmalıdır. Çünki, mən eşitməmişəm ki, Ermənistan silahlı qüvvələri nə vaxtsa gecə təlimi keçirsin. Onlarda başa düşürlər ki, gecə təlimi keçirmək, gecə döyüşü aparmaq nə qədər çətin və mürəkkəb bir işdir. Onlar görürlər ki, Azərbaycan Ordusu bunu bacarıqla, yüksək səviyyədə təşkil edir və keçirir. Buna görə də əlbəttə düşmən tərəfi qorxuya düşəcək və qorxmalıdır. Başqa yolları yoxdur.  Bilirsiniz ki, təlimlər müxtəlif cürdür. Var qərargah təlimləri, var taktiki təlimlər.

– Bunların əsəs fərqi nədədir ?

– Qərargah  təlimlərində ancaq qərargahlar iştirak edir və orda ancaq iş planlaşdırma ilə başa çatır. Amma taktiki təlimlərdə o planlaşdırılan iş, bölmələr tərəfindən taktiki olaraq praktiki olaraq yerinə yetirilir. Ola bilsin ki, düşmən anacaq qərargah təlimləri keçirir. 2016-cı  ilin Aprel döyüşləri də göstərdi ki, Ermənistan ordusunun silah və texnikası yaxşı vəziyyətdə deyil. Onların tankları fəaliyyət göstərə bilmədi. Demək olar ki, texnikalarında nasazlıqlar, çatışmazlıqlar yetərincədir. Yoxsa onlar da belə təlimlər keçirərlər. Onlar ancaq sözdə belə taktiki təlimlər keçirə bilərlər, reallıqda isə bu yoxdur.

Bilirsiniz ki, ordumuzun bir neçə təlim məntəqələri var. Bakıda və digər bölgələrdə təlim məntəqələrimiz var. Ancaq Azərbaycan Ordusunun sonuncu keçirdiyi təlim mərkəzi düşmənin ön xəttindən 9-10 kilometr məsafədədir. Yəni bu təlimi düşmənin ön xəttindən belə məsafədə gecə keçirdik. Gecə əlbəttə bütün bu partlayışlar daha yaxşı eşidilir, daha aydın görünür. Düşmən bunu gözləri ilə görüb və müşahidə edib. Biz bu təlimi efirdə verməsək, mətbuatda işıqlandırmasaq da, ermənilər bunu görüblər və ona görə də qorxu içindədirlər. Biz bu təlimi Bakıdakı təlim mərkəzində və yaxud da digər təlim mərkəzində keçirsəydik, ermənilər bunu o halda  gözləri ilə görməyəcəkdilər. Onlar  deyə bilərdilər ki, bu yalandır. Amma bu təlim onların gözləri qarşısında  keçirildi.

 – Cənab general, hərbi məktəblərdə təhsillə bağlı görülən işlərdən qənaətbəxş saymaq olarmı ?

– Məlumdur ki, hərbi təhsil təyin olunmuş qanunvericiliyə uyğun olaraq  təşkil olunur və keçirilir. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, C.Naxçıvanski adına Hərbi Liseyə sənəd qəbulu prosesi başa çatıb. İndi isə sənəd verən şəxsi heyətin tibbi müayinədən keçməsi prosesi gedir. Hərbi lisey üzrə deyə bilərəm ki, bu il sənəd verənlərin sayı ötən illə müqayisədə 4-5 dəfə çoxdur. Ali Hərbi Məktəbə də sənəd verənlərin sayı artıb. Baxmayaraq ki, 2014-cü ildən sonra Ali Hərbi Məktəbə, istərsə də Hərbi Liseyə qəbulda keçid balı yüksəldilib, hər il qəbulda artım müşahidə olunur. Əvvəllər 100-120 balla keçmək  mümkün idi. İndi ən aşağı keçid balı 230-dur. Buna baxmayaraq müraciət edənlərin sayında artım var. Bu da çox gözəl haldır. Artım çox olanda, müraciət edən  çox olanda biz də daha yaxşılarını seçə bilirik.  Bu  o deməkdir ki, əgər yaxşıları seçiriksə, gələcəkdə bizim kadrlarımız daha hazırlıqlı, bilikli və savadlı olacaqlar.

“Beynəlxalq ordu oyunları – 2019” yarışları ilə bağlı görülən işlər, təşkil edilən tədbirlər barədə nə deyə bilərsiniz ?

– Beynəlxalq ordu oyunları 2015-ci ildən keçirilir. Bu il yubiley ildir. Azərbaycan da 2015-ci ildən Beynəlxalq ordu oyunlarında iştirak edir. Həmin ili biz bir yarışda – “Dəniz Kuboku”  yarışında iştirak etdik. 2016-cı ildə artıq 3 müsabiqədə, bu il 6 müsabiqədə iştirak edəcəyik. Hər il 2-3 dəfə ordu Oyunlarına hazırlıqla bağlı Moskvada konfranslar keçirilir. Bu il mayın 20-də  sonuncu dördüncü planlaşdırma  konfransı oldu. Orda bütün iştirakçı ölkələr məruzə etdilər ki, yarışların keçirilməsinə hazırdılar. Bu il yubiley oyunlarında 32 müsabiqə üzrə 34 ölkənin 216  komandası iştirak edəcək. Bu müsabiqələrdən biri qışda keçirilib. Qalıb 31 müsabiqə. Bunlar da 10 ölkədə keçiriləcək. 2015-2016-cı illərdə bu müsabiqələr ancaq  Rusiya Federasiyasında keçirilirdi. Amma 2017-ci ildən başlayaraq müsabiqələrin digər ölkələrdə də keçirilməsinə başlanıldı. Bu qalan 31 müsabiqənin 15-i Rusiyada, 16-sı digər ölkələrdə olacaq. Azərbaycanda bir müsabiqə -“Dəniz Kuboku-2019” müqasbiqəsi keçiriləcək. Burada dörd ölkə -Azərbaycan, Qazaxıstan, Rusiya və İran iştirak edəcək.  İki ölkə- Türkiyə və Ərəb Əmirliyi müşahidəçi qismində iştirak edəcək. Özbəkistanda 1, Monqolustanda bir, Çində 4, Qazaxıstanda 3, İranda 2, Hindistanda 1, Belarusda 2, Ermənistanda 1 müsabiqə keçirilir.

Bu müsabiqələri keçirən ölkələrin nümayəndələrindən ibarət yaradılan Beynəlxalq Ordu Oyunlarının təşkilat komitəsi Moskvada yığışır və oyunların konfransları keçirilir. Konfraslarda təşkilat komitəsi yarışların, müsabiqələrin əsasnamələrini, hakimlik qaydalarını təsdiq edir. Artıq bütün ölkələr bəyan ediblər ki, müsabiqələrin keçirilməsinə hazırdılar. Beynəlxalq Ordu oyunları avqustun 3-də Moskva şəhərində başlayacaq, ayın 17-də isə bağlanış mərasimi və mükafatlandırma olacaq. Bakıda keçiriləcək “Dəniz Kuboku-2019” müsabiqəsinin açılışı avqustun 5-də, bağlanışı mərasimi isə həmin ayın 15-də olacaq.

Hər dəfə biz müsabiqələrin təşkili üzrə beynəlxalq konfranslara gedəndə Azərbaycanda bu müsabiqələrin yüksək səviyyədə təşkil olunmasını orada qeyd edirlər. Bu il hər ölkədə keçirilən müsabiqələr üzrə stendlər təşkil olunacaq. Orda bütün bu hallar əksini tapacaq

 – “Beynəlxalq ordu oyunları – 2019” yarışlarına hazırlıq prosesi necə gedir ?

– Hazırlıq işləri uzun bir prosesdir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən aprelin 1-də Beynəlxalq ordu oyunlarına hazırlıq barədə əmr imzalanıb. Əmrə əsasən 6 müsabiqədə iştirak edəcək komandalarımızın rəhbərləri, məşqçiləri təyin olunub. Müvafiq olaraq təyin olunmuş vəzifəli şəxslər də Azərbaycan Ordusu üzrə müvafiq müsabiqələrini keçiriblər və Azərbaycan Ordusunu təmsil edəcək komandalara namizədlər müəyyənləşdirilib. Aprelin  axırından etibarən həmin komandaların hazırlıq prosesi gedir. Mayın sonuna kimi biz seçilmiş o namizədlərin içərisindən yekun komandaların tərkibini təyin edəcəyik və hazırlıq müddətində seçilmiş  həmin komanda əlavə olaraq 1 ay 20  gün məşq edəcək. Bu  proses gedir. Biz buna çox ciddi yanaşırıq.

– Azərbaycan Ordusunun döyüş hazırlığı mütəmadi keçirilirmi ?

– Bu il üçün nəzərdə tutulmuş bütün təlimlər təşkil olunur. Orda müəyyən tələblər, normalar var. Hansı müddətdən bir təlimlər keçirilməlidir, hansı mərhələlər olmalıdır. Bunların hamısı əməl olunur, yerinə yetirilir. Elə bir tədbirimiz yoxdur ki, biz onu keçirə  bilməyək, keçirmək imkanında olmayaq. Bir sözlə, bütün tədbirlər plan üzrə həyata keçirilir.

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO