Dünya 29.11.2020 19:00

Ermənistan prezidenti Rusiyanın erməni icmasını başına topladı

Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın erməni icmasının bir qrup nümayəndəsi ilə görüşdə bir neçə müharibənin uduzulduğunu deyib.

“Birincisi demoqrafik müharibədir․ 1994-cü ildəki atəşkəsdən sonra əhalidə artım olmadı. Bir əsgər sərhəddə dayandıqda daim arxasındakılara baxır. Arxasında heç kimin olmaması güclü düşüncəli bir əsgər üçün belə çətindir. Əraziyə insanları yerləşdirmək lazım idi”, – Ermənistan prezidenti bildirib.

Rakus.az xəbər verir ki, o, informasiya müharibəsinin də uduzulduğunu vurğulayıb.

“Azərbaycanlılar və türklər buna ciddi hazırlaşırdılar. Bu müharibə bu gün də davam edir, onlar bizə hücum edirlər. Biz bununla məşğul deyildik, buna görə də məğlub olduq. Bu gün biz Ermənistanda birləşmək əvəzinə bir-birimizə hücum edirik”, – Sarkisyan deyib.

Onun sözlərinə görə, 26 il əvvəl erməni tərəfi həqiqətən güclü bir orduya sahib imiş:

“Könüllülərdən ordu yaratdıq, ancaq müharibənin sonunda nizami ordumuz var idi. O dövrdə ordumuz texnoloji baxımdan Azərbaycan ordusundan daha güclü idi. Sonrakı illərdə Azərbaycan güclənmək üçün çox pul xərclədi, amma biz yenə də keçmişin havası ilə yaşadıq, onların bu müharibədə pilotsuz təyyarələri var idi, amma bizdə yox idi”.

O, həmçinin Ermənistan hökumətini istefaya çağırıb:

“Bu qədər böyük bir faciənin yaşandığı hər bir ölkədə bir həll yolu var – buna səbəb olan hökumət getməlidir. Əgər siyasətçi güclüdürsə, daha sonra geri qayıda bilər. Əvvəlki seçkilər iki il yarım əvvəl, ölkə tamamilə fərqli olduqda keçirilib, indi biz başqa bir ölkədə yaşayırıq. Böhranı meydandakı insanların sayı ilə qiymətləndirmək olmaz. İstənilən halda böhranı yalnız meydanda toplananların sayı ilə qiymətləndirmək lazım olduğu ilə razı deyiləm. Meydanda ümumiyyətlə, heç kim yoxdusa, o deməkdir ki, böhran yoxdur?”

O qeyd edib ki, Ermənistanda bütün sahələrdə böhran hökm sürür.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO