Dünya 28.09.2023 19:40

Ermənistan Qərbi Azərbaycanı ərazi olaraq tanıyacaq - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Erməniləri bataqlığa sürükləyən balıq beyinli xadimlər“ adlı süjetdə Qərbi azərbaycanlılarla bağlı həqiqəti gizlətmək üçün hər cür yalanlar söyləyən Ermənistanın keçmiş ombudsmanı, “Tatoyan” adlı fondu direktoru Arman Tatoyanın böhtan xarakterli çıxışları ifşa olunur.

Bildirilir ki, bu “hüquq müdafiəçisi” Azərbaycana qarşı uydurmalar açıqlamları ilə Ermənistan cəmiyyətini ələ salıb, onları çaş-baş vəziyyətə qoyur: “Belə uydurmalar ermənilərin reallığı görməsinə mane olur. Bu baxımdan tatotyanlar mənsub olduqları etnik qrupun əleyhinə fəaliyyət göstərmiş olurlar. Onlar belə fəaliyyəti və açıqlamları ilə erməni xalqının əsl düşmənləridir. Həqiqəti öz xalqından gizli saxlamaq ona xəyanətdir”.

Qeyd olunur ki, A.Tatoyan Qərbi Azərbaycan haqqında heç də uzaq olmayan tarixi faktları, real hadisələri danaraq guya Qərbi Azərbaycanı bir ərazi olaraq tanımaq, Qərbi azərbaycanlıları isə Ermənistan vətəndaşı kimi qəbul etmək istəmədiyini göstərməyə çalışır.

Süjetdə Qərbi Azərbaycan türklərinin Ermənistandakı yurdlarından didərgin salınmasına dair xatırlatma verilir: “1948–1989-cu illərdə başa çatan “Türksüz Ermənistan” siyasəti sayəsində indiki Ermənistan ərazisində 600-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. 1948–1950-ci illərdə SSRİ Nazirlər Şurasının qətnaməsi ilə 100 min azərbaycanlı indiki Ermənistanı tərk etdi. 1988–1991-ci illərdə Azərbaycan Ermənistandan son 250 min qaçqın qərbi azərbaycanlı qəbul edib. Bunların əksəriyyəti Ermənistanın 22 rayonundan didərgin düşən azərbaycanlılar idi”.

Sonda vurğulanır ki, A.Tatoyanə özünü balıq yaddaşlı göstərməklə qərbi azərbaycanlıların başına açdıqları faciəni, qətliamı ört-basdır etməyə çalışır: “Bu kateqoriyaya aid ermənilər türklərə, azərbaycanlılara pislik etmir, onlar belə yalan, uydurma, saxta çıxışları ilə öz etnoslarına, ermənilər düşmən kəsilirlər. Odur ki, ermənilərin düşməni türklər deyil, öz etnoslarından olan belə balıq yaddaşlı ictimai-siyasi xadimlərdir. Onlar bu dünyagörüşlə erməniləri firvana gələcəyə deyil, bataqlığa sürükləyirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 28-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO