Dünya 27.07.2020 15:00

Ermənistan qəzəb səviyyəsinə görə dünyada birincidir - VİDEO

Yeni sorğunun nəticələri göstərir ki, Ermənistan xalqı dünyada daha çox qəzəb nümayiş etdirir və Qafqazdakı qonşularına nisbətən daha əsəbidir.

Rakus.az xəbər verir ki, bu barədə “Global Emotions Gallup”un apardığı araşdırmalar zamanı məlum olub.

Son tədqiqatlara görə, dünya getdikcə acıqlı olur, Ermənistan isə qəzəbin episentridir.

Qəzəb, sevinc və kədər kimi hissləri ölçməklə planetin emosional coğrafiyasını müəyyənləşdirən “Global Emotions Gallup – 2019” sorğusunda Qafqaz qonşuları olan Gürcüstan və Azərbaycanın Ermənistandan müqayisəyə gələcək dərəcədə daha yaxşı əhvalda olduğu müəyyən edilib.

Erməni respondentlərin ən az 45 faizi (dünyada ən böyük milli göstəricidir) ötən günə görə qəzəb hissi keçirdiklərini deyiblər.

Ermənistanın şimal qonşusu Gürcüstanda 27 faiz qəzəb nisbəti müəyyən olunub, şərqdə varlı qonşusu olan Azərbaycan isə Qafqaz bölgəsinin ən sakit ərazisidir və sorğuda iştirak edənlərin yalnız 18 faizi yaxın günlərdə qəzəbləndiklərini deyiblər.

Yaxın qonşuluqda olan İraq və İran qlobal qəzəb reytinqində müvafiq olaraq ikinci (44 faiz) və üçüncü (43 faiz) yerdə qərarlaşmaqla, Ermənistana bənzər qəzəb səviyyəsi sərgiləyiblər.

Müqayisə üçün deyək ki, Gürcüstan rutin vəziyyətdədir, Azərbaycan isə uzun illərdir ki, siyasi və iqtisadi sabitlikdədir.

Qafqazda milli personajların məşhur sinkopik təsvirlərindən biri – erməni musiqiçisinin restoranda əsl hitə çevrilən ifası, Ermənistanın Gürcüstan və Azərbaycana nisbətən drama daha çox meyilli olduğunu göstərir.

Anket həmçinin Ermənistanın postsovet məkanında bir növ “əsəbi nazlı xanım” olduğunu göstərir ki, bu da respondentlərin narahatlıq səviyyəsi ilə ölçülür.

Erməni iqtisadçı Hrant Mikaelyan keçmiş sorğulara izahat axtarmaq üçün analitik tədqiqat aparıb. “Gallup”un 2017-ci ildə dərc olunan sorğularından biri göstərib ki, Ermənistan – vətəndaşlarının ölkələrini tərk etmək istədiyi ilk on ölkə siyahısındadır, halbuki qonşuları daha az mühacirət əhval-ruhiyyəsindədirlər.

2013-cü ildə keçirilən sorğuda Ermənistanın keçmiş üzvlər arasında Sovet İttifaqı üçün ən çox nostalji hisslər yaşayan ölkə olduğu ortaya çıxıb: respondentlərin 66 faizi SSRİ-nin dağılmasının faydasından çox zərər verdiyini söyləyib.

H.Mikaelyan ölkəsinin bədbəxtliyini yoxsul iqtisadiyyatla da əlaqələndirib: adambaşına düşən ÜDM-ə görə Ermənistan Qafqazda ən aşağı səviyyədədir, postsovet məkanında isə ən aşağı səviyyələrdən biridir, deprivasiya, gözlənilən həyat keyfiyyəti ilə reallıq arasındakı fərq də buradandır.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO