Hərbi 17.10.2024 22:03

“Ermənistan yeni təxribatlar planlaşdırır – Azərbaycan ordusuna “hazır ol” əmri verildi” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Bölgədə yeni qarşıdurmanın fitili yandırılır, təxribatlar ola bilər” adlı süjetdə bölgədə yeni qarşıdurmanın fitilinin yandırıldığı, xüsusilə Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvadan qayıtdıqdan sonra verdiyi bəyanatlardan təxribat iyisi gəldiyini, bununla əlaqədar rəsmi Bakının ordunu “hazır ol” vəziyyətinə gətirdiyi bildirilir.

Qeyd olunur ki, Bakı-İrəvan xəttində sülh danışıqlarına dair böyük ümidlərin yarandığı vaxt, Ermənistan Azərbaycanı ittiham etməyə başlayıb: “Ermənistan tərəfi isə “razılaşdırılmış bəndlər üzrə” saziş imzalamaq, razılaşdırılmamış bəndləri kənara atmaq istəyir, Azərbaycan tərəfi məsələyə “paket formatında” yanaşır, yəni bütün bəndlər razılaşdırılmalıdır. Rəsmi İrəvan bəzi məsələlərdə fırıldağa əl atmağa çalışır və rəsmi Bakıya qarşı “Qərbi Azərbaycan ittihamları”nı intensivləşdirib. Rəsmi Bakı isə Qərbi Azərbaycan layihəsini, yəni  azərbaycanlı qaçqınların öz doğma yurdlarına qayıdış hüququnun təmin edilməsini dəstəkləyir. Ermənistan isə Qərbi Azərbaycan məsələsini təhrif etməklə insanların qayıdış hüququnun qarşısını almağa çalışır”.

Diqqətə çatdırılır ki, Nikol Paşinyanın MDB dövlət başçılarının Moskva sammitindən qayıdandan sonra verdiyi bəyanatlar təxribat xarakteri daşıyır. Ermənistan maksimum sülhdən yayınmaq və silahlanmaq yolunu tutub. Hiyləyə əl ataraq sülhdən yayınmaq üçün Azərbaycanı “sülhdə maraqlı olmayan tərəf” kimi təqdim edir, paralel olaraq, silahlanmanı sürətləndirir.

Bildirilir ki, Nikol Paşinyanın bu il oktyabrın 3-də Fransaya səfəri məhz silahlarla bağlı idi: “Baş verənlər Ermənistanın yeni təxribatlara hazırlaşdığından xəbər verir. Rəsmi İrəvan bir tərəfdən informasiya təxribatı həyata keçirir, digər tərəfdən, ordusunu hücum silahları ilə təchiz edir. Bu kontekstdə Azərbaycanda orduya “hazır ol!” əmrinin verilməsi xüsusilə diqqət çəkir. Məlumdur ki, Azərbaycan COP-29 tədbiri zamanı qlobal sülh təşəbbüsünü irəli sürüb və artıq yüzlərlə ölkə bu təşəbbüsü dəstəkləyib. İstisna deyil ki, Ermənistan havadarlarının, xüsusilə Fransanın dəstəyi ilə COP-29 ərəfəsində sərhəd təxribatlarına əl ata, beynəlxalq ictimaiyyətdə “Azərbaycan bizə hücum edir” iddialarını yaya və rəsmi Bakının sülh təşəbbüsünü pozmağa cəhd göstərə bilər”.

Sonda vurğulanır ki, baş verə biləcək təxribat Ermənistana baha başa gələcək: “Prezident İlham Əliyev də Ermənistanın silahlanması ilə bağlı xəbərdarlıq edib. İndi seçim İrəvanındır: ya sülh şəraitində  yaşamaq üçün təxribatlardan əl çəkməli və Azərbaycanla razılaşmalı, ya da istənilən təxribatın ağır nəticələrini yaşamalıdır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 17-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO